Niyə Susursan Polkovnik?

Elxan Elatlı

Oldest Niyə Susursan Polkovnik? Quotes

You can find Oldest Niyə Susursan Polkovnik? quotes, oldest Niyə Susursan Polkovnik? book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
“Evdəkilərdən kimsə...”
“- Ola bilər. Qoy evdəkilərdən kimsə kürəyinizi ovxalasın, ağrıyan yerlərə yod çəksin. Banka da qoydura bilərsiniz. Qasımlı acı - acı gülümsəyib həkimə şirin yuxu arzulamış, telefonu söndürüb kətilin üstünə qoymuşdu. “Evdəkilərdən kimsə...” Yazıq həkim onun çoxdandır tək - tənha yaşadığını hardan biləydi?”
Sayfa 14 - TEAS Press, Qanbay Qasımlı.Kitabı okudu
“Deməli, adamlar ömrü boyu işləyib əlavə pul qazanırlar ki, toylara gedə bilsinlər. Toylara ona görə gedirlər ki, özləri toy eləyəndə həmin adamlar gəlib pulu geri qaytarsınlar. Guya burada borc məsələsi vardı. Əslində, belə deyildi. İstənilən halda yığılan pullar şadlıq evlərinə axırdı.
Reklam
“Qasımlı elə kişilərdən deyildi.”
“Qadınlar onların qarşısında dondurma kimi əriyən, onlara yaltaqcasına komplimentlər deyən kişilərdən heç vaxt çəkinmirlər. Qasımlı elə kişilərdən deyildi.”
Sayfa 195 - TEAS Press, Qanbay QasımlıKitabı okudu
“...On dəqiqə sonra mühafizəçilərdən biri içəri daxil oldu: - Qanbay müəllim, Toğrul adlı bir oğlan yanınıza gəlmək istəyir. Deyir ki, sizə yaxın adamdır. Qasımlı istehza ilə gülümsədi. Qəribədir, kiminsə üzünə azca xoş baxan kimi özünü sənin yaxın adamın hesab edir...”
Sayfa 276 - TEAS Press, Qanbay QasımlıKitabı okudu
“Niyə susursan, polkovnik?”
“Gənc, məsum bir qızı fahişəyə çevirməyə nə vardı ki... Mazanov kimi imkanlı adamların əlində bu çox asan bir iş idi. - Niyə susursan, polkovnik? - general mehribancasına soruşdu. Qasımlı ona cavab vermək fikrində deyildi. Gözlərini yumub üzünü ehmalca pəncərəyə tərəf çevirdi.”
Sayfa 309 - TEAS Press, Qanbay QasımlıKitabı okudu
Ölümün bir addımlığında
Qasımlıya elə gəlirdi ki, nə vaxtsa öz həyatına da bu tapançanın lüləsindən çıxan güllə ilə nöqtə qoyacaq. Həyatının şərəfli hissəsi bitəndə... Bu dünyada yaşamağın daha heç bir mənası qalmayanda... Yaşamaq üçün hansısa yad bir adama möhtac olanda...
Sayfa 201Kitabı okudu
Reklam
66 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.