Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Niyə Susursan, Polkovnik?

Elxan Elatlı

Niyə Susursan, Polkovnik? Sözleri ve Alıntıları

Niyə Susursan, Polkovnik? sözleri ve alıntılarını, Niyə Susursan, Polkovnik? kitap alıntılarını, Niyə Susursan, Polkovnik? en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Deyirdilər ki, atasına bənzəyən qız xoşbəxt olur...
Sayfa 129Kitabı okudu
O bu işgəncə üsulundan məlumatlı idi.Bilirdi ki, bıçağı buda soxub ucunu sümüyə dirəyəndə insana dözülməz ağrı verir.El arasında belə deyim də var:bıçaq sümüyə dirənib
Reklam
Qəribədir, birinin üzünə azacıq xoş baxan kimi özünü sənin yaxın adamın hesab edir...
Deyirlər ki, atasına bənzəyən qız xoşbəxt olur...
Əsl qəhrəmanlıq o idi ki, insanlara doğru yol göstərəsən, pis yoldan çəkilmək istəyənlərə yardım edəsən. Onlardan üz döndərməyə, onları dərhal cəzalandırmağa tələsməyəsən...
Reklam
İnsan öz həyatında bəzən elə səhvə yol verir ki, ondan sonrakı taleyini də, xoşbəxtliyini də kiminsə əlinə verir.
Görəsən pis həkimlər milləti daha çox öldürür, yoxsa pis müəllimlər? Çətin sualdır. Hər halda, mübahisə etmək olar. Biri göz görə-görə öldürün axırımıza çıxır, o biri diqqəti cəlb etmədən,yavaş- yavaş...
Reklam
Adam Allahını unudanda, doğrudan da, hər şey edə bilərmiş.
Qasımlı həyatı boyu çox yaltaq, ikiüzlü, qorxaq adamlara rast gəlmişdi. Bilirdi ki, yaltağın da, yaltaqlığın da növləri, çeşidləri olur. Rəssamların satirik jurnallar üçün çəkdiyi karikaturalarda yaltaqlar, demək olar ki, həmişə eyni cür təsvir edilirdi: irişə-irişə belini əymiş, əlini sinəsinə qoymuş vəziyyətdə. Amma Qasımlı bununla razılaşmırdı. Onun fikrincə, yaltağın gülərüzlüsü də olurdu, qaraqabağı da, boş-boğazı da olurdu, ciddisi də, axmağı da olurdu, ağıllısı da, təmənnalısı da olurdu, təmənnasızı da... Və nəticədə heç nə dəyişmirdi. Yaltaq elə yaltaq id, vəssalam...
Əsl qəhrəmanlıq
Əsl qəhrəmanlıq o idi ki, insanlara doğru yol göstərəsən, pis yoldan çəkilmək istəyənlərə yardım edəsən.
Sayfa 287 - ElgünKitabı okudu
İnsan gərək lazımi məqamlarda dərdini içində boğub saxlaya bilsin .
Tanrı insanı yaradanda onu və gələcək nəsillərini doğru - düzgün yaşatmaq üçün ətrafındakı torpağı, suyu,havanı, günəşi ona verib, deyir ki, yaşamaq üçün sənə lazım olan budur. Çox uzağa getmək lazım deyil.
93 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.