Norveç Meşəsi

Haruki Murakami

Comments and Reviews

See All
·
Not rated
Oxuyarkən çox əyləndiyim kitab<3
"Norveç Meşəsi"ni oxuyanlar 2 yerə bölünür: ya çox sevənlər ya da nifrət edənlər. Lakin deyə bilərdim ki, kitabda bir çox mövzuya toxunulub. Bu da hekayənin axışına kifayət qədər maraq qatır. Əsərimizin baş qəhramanı Vatanabedir. Hekayə bir təyyarə səyahətində Vatanabenin flashbackları ilə başlayır, o bizi özü ilə keçmişə aparır. Biz Vatanabenin tələbəlik illərinə qayıdırıq, bu hissənin işlənişi mənim çox xoşuma gələn məqamlardan biri idi. Murakami tələbəlik illərini həm nirvanada həm də ən dibdə təsvir etməyi bacarıb. Oxuyanda mən də 1,2-ci kurs zamanlarıma qayıtdım. Kitabımızda həmçinin intihar mövzusuna da toxunulub. Bildiyiniz kimi asiya ölkələrində intihar halları olduqca çox yaşanır. Vatanabenin yaxın dostu Kidzukinin müəmmalı ölümündən sonra hekayənin davamı başlayır. Əsərin davamı boyunca Vatanabenin Naokoya olan imkansız sevgisi üzərində digər hekayələr də davam edir. Kitabda ən sevdiyim personaj Miduri idi. İstəyərdim ki, paralel dünyada daha yaxşı həyat şəraitində mövcud olsun. Hekayəmizin axışını maraqlı edən digər faktorlardan biri isə arxa fonda davamlı olaraq mahnılardan bəhs edilməsi idi. Kitabı oxuyanda backgroundda qulaq asmaq çox əyləncəli oldu. Murakami kitabın adını məhz 'The Beatles'in 'Norwegian Wood' mahnısından götürüb. Ümumiyyətlə Murakaminin qələmini çox sevirəm. Murakami bir kültürdür. Ben Murakami kadınıyım. Sen seversin sevmezsin beni ilgilendirmez.
Norveç Meşəsi
Norveç MeşəsiHaruki Murakami · Qanun Nəşriyyatı · 202010.9k okunma
Reklam
432 syf.
3/10 puan verdi
·
Read in 81 days
Balıq yeməyi sevmirəm, amma balıq yesəydim daha çox həzz alardım:D
Fikrimcə, çox lazımsız overrated edilmiş bir əsərdir. 10 üzərindən 3 verirəm. İndi isə verdiyim 3'ün və kəsdiyim 7'nin səbəblərini izah edim. Əsərin müsbət cəhətlərindən biri(nə qədər müsbət demək olarsa artıq) bir şeyi nə qədər tez edə bilirsənsə, gecikməmək lazım olduğunu, arada ölümün dayanıb hər an ayrılığa səbəb ola biləcəyini və edəcəyin şeylərin yarım qala biləcək ehtimallarını yaxşı izah edə bilməsidir (amma bu onsuz da şablon bir şey olduğu üçün o qədər də fərqli bişey olmadı). Üstəlik, yapon mədəniyyətinin, yapon düşüncə tərzinin açıq şəkildə göstərilə bildiyi, yapon olmayan birinin onların baxış bucağını anlaması üçün çox hər şeyi izah edə bilən, aydın təsvir edən bir kitabdır( bu da fərqli bişey deyil, digər yapon əsərlərdə də görə bilinəcək bir şeydir). Mənfi cəhətlərdən isə deyə bilərəm ki, əsərdə həddindən artıq, lazımsız erotikliyə, seksuallığa yer verilib. İkincisi, əsərin sonluğu təəccübləndirmədi, normal hadisələrin gedişi idi ki, sanki yarıda kəsdin və əsər bitti. Bu qədər. Xülasə, o qədər də məsləhət görə biləcəyim əsər deyil, əgər boşa sərf edəcək vaxtınız varsa, oxuya bilərsiniz)
Norveç Meşəsi
Norveç MeşəsiHaruki Murakami · Qanun Nəşriyyatı · 202010.9k okunma
432 syf.
·
Not rated
Yapon ədəbiyyatından ilk dəfə oxumağa qərar verəndə ədəbi təmənnalarımı qarşılamayacağını düşünsəm də Murakaminin məni yanıltdığını deyə bilərəm. Roman tam avtobioqrafik olmasa içində yazıçının həyatıyla səsləşən hadisələr də var. İçində həyatın hər üzünü göstərdiyi bu depresif romanı oxuyanda çox qəribə hisler keçirdim. Sevginin biz düşündüyümüz qədər də sadə tərifinin olmadığını, insandan insana fərqli formalara girə biləcəyini gördüm. Yapon gənclərinin tənhalaşması və həyata tutuna bilməsi, çıxış yolunu intiharlarda görməsi çox acı verici idi. Romanın qəhrəmanı Vatanabe də dostu intihar edən bir gəncdir. Onun intiharından sarsılıb başqa bir şəhərə gəlsə də dostunun sevgilisi Naoki ilə yenidən qarşılaşması bu unutmağa çalışdığı ölümü ve kədəri həm xatırlayıb, həm də intihar edən dostunun sevgilisinə aşiq olması onu içindən çıxılmaz bir labirintə salır. Üstelik Vatanabenin sevgisine ehtiyac duyan Midori adlı qız da onun həyatını çətinləşdirməkdədir. Vatanabenin həm həyatını xilas etməyə çalışdığı Naoki, həm də tənhalığını bölüşdüyü, üzməməyə çalışdığı Midori arasında seçim etməyə məcbur qalması onu daha da girdaba və depresiyyaya sürükləyir..Naoki ölümün, Midori isə həyatın simvoludur.. Kitabın adı Beatles qrupunun ,,Norwegian Wood,, mahnısı ile bağlıdır. Bu mahnı Naokinin ən sevdiyi mahnıdır , Vatanabenin hər dinlədikcə Naokini xatırladığı mahnı. Mənimse qulaqlarımdan heç vaxt silinməyəcək bir mahnı...
Norveç Meşəsi
Norveç MeşəsiHaruki Murakami · Qanun Nəşriyyatı · 202010.9k okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.