Oblomov Gönderileri

Oblomov kitaplarını, Oblomov sözleri ve alıntılarını, Oblomov yazarlarını, Oblomov yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Sənin onu nə üçün hələ də sevdiyini sənə deyim? Ona görə ki, onda hər cür ağıldan baha və qiymətli olan vicdanlı, sədaqətli qəlb vardır! Bu onun təbii qızılıdır:
Sayfa 664Kitabı okudu
Mütaliə və təhsil isə fikrin daimi bir qidası, onun fasiləsiz inkişafı idi!
Sayfa 645Kitabı okudu
Reklam
O, böyüyüb yaşa dolmuş Olqada nəinki çiçək kimi açılmış bir gözəllik zinəti, həm də yaşamaq üçün hazır olan, həyatı dərk etməyə və onunla mübarizəyə girişməyə can atan bir qüvvə onun bütün xəyallarının nişanə və əlamətlərin görəndə, Ştoltsun təsəvvüründə uzaq keçmişin demək olar unutmuş olduğu məhəbbətin surəti canlanmağa və bu surətdə Olga görünməyə başladı.
Sayfa 639Kitabı okudu
Sonra Oblomov acı - acı: - Səadət, xoşbəxtlik!- dedi. Sən nə qədər kövrəksən nə qədər etibarsızsan! Duvaq, çələng, sevgi, məhəbbət! Bəs pul hanı? Bəs nə ilə yaşayaq? Ah sevgi, təmiz, qanuni bir nemət, səni də satın almaq lazım imiş.
Sayfa 160Kitabı okudu
Biz ərə getmirik, bizləri ya ərə verirlər, yaxud da alırlar.
Sayfa 400Kitabı okudu
İvan Qançarovun həyatında görəsən bir Olgası olub ?
O, əlini Oblomovun başına qoyaraq: - Sən dəlisən! - dedi. Oblomov onun qarşısında diz çökərək: Olga, - sən gəl mənim arvadım ol! - dedi. Olga susurdu o, üzünü başqa səmtə çevirdi. Olga əlini mənə ver ! - Oblomov sözünə davam etdi. Olga əlini vermədi. O özü Olganın əlini tutub, dodaqlarına yaxınlaşdırdı. Olga əlinu geri çəkmədi. Onun əli isti, yumşaq və azacıq nəm idi. Oblomov həyacan və şüphə ilə onun əlini öpə-öpə: Susmaq? - dedi Olga hələ də ona baxmadan yavaşca: Razılıq əlamətidir! - deyə onun sözünü bitirdi.
Sayfa 399Kitabı okudu
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.