Oblomov Yorumları ve İncelemeleri

Oblomov yorumları ve incelemelerini, Oblomov kitabı hakkındaki okur görüşlerini , Oblomov puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

910 üzerinden
13,3bin Kişi · 2770 İnceleme
704 syf.
9/10 puan verdi
Ahh İlya...
704 səhifəlik kitab boyunca əsəb etdin məni. Amma bütün bunlara dəyərdi deyə düşünürəm. Kitabın əsas obrazı Oblomov: tərtəmiz bir ruha sahib, saf, həyacanlı, dürüst, fədakar, vecsiz, tənbəl, duyğusal özəlliklərə malik bir insan. Oblomov o qədər tənbəl bir adam ki 704 səhifəlik kitabın ilk 237 səhifəsini yatağından, otağından çıxmasını gözlədim.
Oblomov
Oblomovİvan Gonçarov · Qanun Nəşriyyatı · 201439,8bin okunma
704 syf.
9/10 puan verdi
·
6 günde okudu
İvan Qonçarov - Oblomov İvan Qonçarovu "Adi əhvalat" əsərilə tanıyıb, çoxxx sevmişdim. "Oblomov" əsəri ilə uzun zamandan bəri tanış olsam da və kitab kitabxanamda bir neçə ildir ki, mövcud olmuş olsa da, kitabı oxumağa bir az tənbəllik edirdim. Bunun bir neçə səbəbi var idi. Lakin əsas səbəb kitabı oxuyan dostların əsər və
Oblomov
Oblomovİvan Gonçarov · Qanun Nəşriyyatı · 201439,8bin okunma
Reklam
703 syf.
9/10 puan verdi
·
11 günde okudu
"Həyatın çiçəyi tökülmüş, yalnız tikanları qalmışdır..." Karantində çox yatsaq, karantin qurtaranda ayağa durmaq mümkün olacaqmı, görəsən? Bu dövrdə insanlar "Oblomov yuxusu"na gedib sanki... Oblomovun uşaqlığını onun yuxusundan izləyərkən 19-cu əsrin pəncərəsindən 21-ci əsrdə bir çox ailələrin uşaqlarını tərbiyə etməsini
Oblomov
Oblomovİvan Gonçarov · Qanun Nəşriyyatı · 201439,8bin okunma
704 syf.
10/10 puan verdi
·
Beğendi
·
170 günde okudu
"Tənbəl bir adamdan bəhs edən" kitab olaraq dəfələrlə qarşıma çıxan bu kitaba başlamağı uzun müddət təxirə saldım. Aylarla kitabxanamda gözlədi. Amma indi kitabı bitirdiyim bu anda niyə əvvəldən oxumadım deyə özümü danlayıram. Demək olar ki, bu kitab haqqında gördüyüm bütün şərhlərdə Oblomov "tənbəl" kimi adlandırılır. Mənsə onu sadəcə "bu dünyanın insanı deyildi" kimi qiymətləndirəcəm. Bu kitabı oxuyarkan bir çox səhifəsində göz yaşları axıtdım. Amma ən çox ürəyimi ağrıdan hissə Olqanın Şloltsa bir zamanlar Oblomovu sevdiyini etiraf etdiyi zaman Şlotsun "Ola bilməz" deyib təəccüblənməsi, Oblomovu sevilə biləcək bir insan olaraq görməməsi idi. Baxmayaraq ki, Şlolts onun ən çox dəyər verdiyi, ən çox güvəndiyi dostu idi. Ah İlyam bu dünyada səni heç kim anlamadı.
Oblomov
Oblomovİvan Gonçarov · Qanun Nəşriyyatı · 201439,8bin okunma
704 syf.
·
Puan vermedi
·
7 günde okudu
Bir çox Rusiya ədəbiyyatı əsərlərində olduğu kimi, bu kitabda da öz dövrünün ictimai siyasi problemləri, kəndli ağa münasibətlərinə yer verilib. Ümumilikdə isə dosltuğ , sevgi münasibətləri , insanı xüsusiyyətləri ,fədakarlıq və əmək haqqında oxuduğum möhtəşəm bir kitab oldu. Oblomov və təmiz qəlbini uzun müddət unuda biləcəyimi düşünmürəm.
Oblomov
Oblomovİvan Gonçarov · Qanun Nəşriyyatı · 201439,8bin okunma
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.