Ölən Dünyam

İsmail Şıhlı

Düşük Puanlı Ölən Dünyam Yorumları ve İncelemeleri

Düşük Puanlı Ölən Dünyam sözleri ve alıntılarını, düşük puanlı Ölən Dünyam kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.910 üzerinden
89 Kişi · 17 İnceleme
192 syf.
8/10 puan verdi
·
4 günde okudu
"Ölən Dünyam"
İsmayıl Şıxlının qələmini oxuyarkən onun gerçək bir Azərbaycan yazıçısı olduğunu məncə hər kəs hiss edir. Böyük Ədibin üz tutduğu mövzular, yaratdığı dialoqlar oxucunu özünə heyran edir. Mill adət-ənənələrimizdən, namusdan, əxlaqdan, özləmlə yad edilən köhnə ailə mühitindən insanı valeh edəcək bir şəkildə danışan İsmayıl Şıxlı "Ölən
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021240 okunma
192 syf.
9/10 puan verdi
·
Beğendi
"Oxucularımdan isə əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar varsa, bağışlamalarını əvvəlcədən xahiş edirəm." İsmayıl Şıxlı, o qədər gözəl hekayə anlamağı, ele axıcı dili var ki, nə yazsa maraqla oxuyaram. Əsərdə gözəl Azərbaycanımız, xalqımız və onların başında olan qara buludlar ötən əsrin əvvəllərindəki halında təsvir olunub. Əsərin müxtəlif hissələrində müxtəlif hekayələri olan müxtəlif insanlara toxunur yazıçı. Nişanlısı ilə xoşbəxt olmaq istəyən qız, xalqı maarifləndirmək istəyən gənc müəllim, müstəqil Azərbaycan dövlətində yaşamaq istəyən vətənsevər, insanlara şəfa vermək istəyən həkim kimi fərqli-fərqli obrazların ortaq olan 1 cəhəti var ki, heç biri həyatdan istədiyini ala bilmir. Ədəbiyyatımız gözəldi, oxuyaq oxutduraq.
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021240 okunma
Reklam
192 syf.
10/10 puan verdi
·
Beğendi
·
34 saatte okudu
Yazar “Dəli Kür” romanında olduğu kimi bu əsərdə də tarixi,milli-mənəvi dəyərlərə yer vermiş,Azərbaycan Xalq Cümhuriyyəti dövrü və SSRİ-nin ilk illərində kənd əhalisinin gündəlik qayğılarını,yeni hökümətin qurulması uğrunda verilən mücadilə əzmini ön plana çəkmişdir.Paralel şəkildə sovet hökümətinə qarşı çıxmış “Qaçaq hərəkatı” da təsvir edilmişdir.Əsərdə hadisələr çox axıcı və gözlənilməz şəkildə irəliləyir.Roman nəin ki,192 səhifə,700 səhifə belə olsa da,oxucunu özünə çəkmək iqtidarındadır.Tarixi-dram janrında yazılmış romanları sevən oxuculara bu əsəri də oxumalarını tövsiyə edirəm :) P.S. Roman İsmayıl Şıxlının son əsəridir (ölümündən 4 ay əvvəl).Səhhəti ilə bağlı problemlərlə əlaqədar olaraq əsəri həyat yoldaşı Ümidə xanıma diktə etmiş,o isə yazıya köçürmüşdür. Əsərin önsözünü əvəzləyən “Müəllifdən” hissəsindəki yazarın son cümləsi məni çox təsirləndirdi: “Oxucularımdan əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlarım varsa,bağışlamalarını əvvəlcədən xahiş edirəm”…
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021240 okunma
208 syf.
7/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Kitab İsmayıl Şıxlıdan oxuduğum ilk əsər idi. Dili axıcı idi. Yazım tərzi olduqca sadə və başa düşülən,obrazlar və təsvir etmə detaylı idi. Ortalarda kitabın siyasətə çevrilməyi məni yordu. Başda qohumluq əlaqələri məni çaş-baş saldı. Kim kimin nəyidi çox qarışıq gəldi mənə. Oxuduqca anladım. Qaynana obrazı dövrün sərt gerçəyini insanın üzünə
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı · 2011240 okunma
208 syf.
8/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Oxuyun.
Kitabların 90 faizini türk dilində oxuyuram. Öz dilimizdə mütaliəyə ehtiyac duyduq da isə sadəcə tərcümə olmayanlara üstünlük verirəm. Ölümündən 5 ay öncə yazıb bitirdiyi kitabı elə Şıxlının qələmiylə tanışlığıma vəsilə oldu. Ümumi bir süjet xətti olmasa da(elə düşünürəm), hər fəsil günümüzdə də aktual olan qeyri-sağlam münasibətləri tənqid edirdi. Mənə xoş gələn isə, evdə valideynlərimin öz valideynləri, qohumları ilə olan münasibətlərini kitabdakı obrazların əlaqələrindən anlamağın oldu. Hər zaman rəhmətlik nənəmin bütün qohumlar arasındakı ağsaqqal obrazını düşünürdüm. Deyirdilər ki, onun sözü qanun idi. Kitabda da Güllü nənə eynən belə idi və bunun sayəsində bir xanımın bir ailədə kişidən necə daha hörmətli olmasını anlamış oldum. Tək maraqlı gələn məsələ bu olmadı, çox idi, sadəcə sadalasam bitməz. Ən çox da toxunan o dövrdə azad fikirli, inkişafa açıq insanların Sovet rejimiylə məhv edilməsi oldu. Ən ağırı isə buların Sovetin iti, küçüyü olmuş içimizdəki qeyrətsizlər tərəfindən edilməsi idi. Yolda Fətullayev kimi... Bəyənmədiyim tək hissə, qəhrəman kimi verilən Çapıq Əmrahın elm öyrətmək eşqiylə yanan müəllimi öldürməsi oldu. Günahsızca... Bunun ən azı el-obanın qəhrəmanı olan bir qaçaq tərəfindən edilməsi düzgün deyildi. Sevə-sevə oxudum. Çox da sevdim. Çünki elmi şəkildə bildiyim tariximlə bədii şəkildə tanış olmuş oldum. Düşünürəm ki, xarici ədəbiyyatların bir çoxundan, xüsusilə insanların yerə-göyə sığdıra bilmədiklərindən daha əla idi.
Ölən Dünyam
Ölən Dünyam
İsmail Şıhlı
İsmail Şıhlı
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı · 2011240 okunma
Reklam
12 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.