Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ölümdən Sonrakı Şizofreniya

Mirəsgər Muradlı

Ölümdən Sonrakı Şizofreniya Sözleri ve Alıntıları

Ölümdən Sonrakı Şizofreniya sözleri ve alıntılarını, Ölümdən Sonrakı Şizofreniya kitap alıntılarını, Ölümdən Sonrakı Şizofreniya en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
“Bəzən insanlar ölümün var olduğunu unudub çox kiçik səbəblərdən dolayı bir-birinin qəlbini qırırlar. Səbəbsiz yerə günlərlə, bəzən isə aylarla küsülü qalırlar. Bəzən həyatın iki dəqiqəlik üzr istəyəcək vaxtı belə insanlara çox gördüyünü xatırlat. Onlara ölümün saatı olmadığını xatırlat.”
Güvən duyğusunu bir dəfə itirdinmi, ondan sonrası daima şübhədir. İnsan bir dəfə aldadıldıqdan sonra, gerçəklərdən belə şübhə etməyə başlayar. Həyatına girən hər kəsə şübhə ilə yanaşar və əsla, tam şəkildə güvənə bilməz. Nə fırtınalara sinə gərmiş sevgilər vardır ki, bir şübhə uğuruna məhv olub çox zaman. Boş yerə deməyiblər, ağacı qurd, insanı isə şübhə öldürər. Şübhə, eynilə, qızdırmalı uşağa bənzəyər. Nə yatar, nə də yatmağa qoyar. Yatdığında isə kabuslar gördürər. Girdiyi qəlbi elə zəhərləyər ki, o qəlbdə nə dinclik qalar, nə də ki sevgi. Bundan birdəfəlik qurtulmağın tək yolu isə, şübhə ilə yaşamaq yerinə, şübhənin üzərinə getməkdir.
Sayfa 170 - BanuKitabı okudu
Reklam
"Bəzən insanlar, ölümün var olduğunu unudub, çox kiçik səbəblərdən dolayı, bir-birinin qəlbini qırırlar. Səbəbsiz yerə, günlərlə, bəzən isə aylarla küsülü qalırlar. Bəzən, həyatın, iki dəqiqəlik üzr istəyəcək vaxtı belə, insanlara çox gördüyünü anlat. Onlara, ölümün saatı olmadığını xatırlat."
"Gözəlliyə önəm verənlər beyni ilə sevənlərdir. Ürəyi ilə, ruhu ilə sevən insan, xarici görünüşə çox da önəm verməz”.
"Ürəyi ilə, ruhu ilə sevən insan, xarici görünüşə çox da önəm verməz”.
İçində bir parça belə olsa dəlilik olmayan insan, əsla aşiq ola bilməz. Çünki sevmək, heç də ağıl işi deyil, əslində...
Sayfa 143Kitabı okudu
Reklam
Məncə sevmək, üzməyi bilmədiyin halda, yenə də dənizə atılmaqdır. Sevmək, əlinin yanacağını bilə-bilə, atəşə toxunmaqdır. Eynilə, pərvanənin şama olan sevgisindən, özünü yandırıb, kül etməsi kimi. Bir sözlə, sevmək, sonunu düşünməməkdir. Çünki, düşünmək ağıl, sevmək isə ürək işidir.”
Sayfa 202Kitabı okudu
Bəzi insanlar, qısqanclığı güvən əskikliyi kimi görər, amma, heç də elə deyil. Qadınım dediyini qısqanacaqsan əlbət. Qadının qoxusunu qısqanacaqsan, Adam! Sevdiyinin, səni sərxoş edən, ciyərlərinə dolduqda içində xoşbəxtlik hormonları istehsal edən qoxusunu. Gülüşlərini səndən başqasına sərf etməsini qısqanacaqsan. Bəzən sevgi dolu baxan gözlərini, bəzən şərbətdən belə şirin gələn sözlərini qısqanacaqsan. Yox, əgər sevdiyini qısqanmır, mən ona güvənirəm, qısqanmaq boş bir şeydi və s. kimi boş sözlər deyirsənsə, ya ürəkdən sevmirsən, ya da sadəcə olaraq, adam deyilsən.
Ölüm dediyin şey, hər birimiz üçün, qaçışı olmayan, sonuncu mənzildir. Hər canlı, şübhəsiz ki, ölümü bir gün dadacaq. Amma, günün birində öləcəyik deyə, bu günümüzü yaşamamaq da ağılsızlıq olar.
unutmayın ki, ölümün saatı yoxdur. Sudan ucuz səbəblərə görə, küsülü qalmayın sevdiklərinizdən. Həyat bəzən iki dəqiqəlik üzr istəyəcək vaxtı belə çox görər insana...
264 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.