Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ölümle Randevu

Agatha Christie

Ölümle Randevu Gönderileri

Ölümle Randevu kitaplarını, Ölümle Randevu sözleri ve alıntılarını, Ölümle Randevu yazarlarını, Ölümle Randevu yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
-Hə,belədir.Amma bu təkcə istək deyil.Əgər kimsə komediya oynayırsa,gərək əvvəlcə səhnəni qursun. -Bu komediyadır? -Hətta faciə də olsa səhnə qurulmalıdır.
Sayfa 169 - Erkül Puaro, Polkovnik KarberiKitabı okudu
-..pis adamları öldürmək haqlı işdir. -Hə,başa düşürəm.Belə fikirləşən adamlar çox olub.Tarixdə də belələri çoxdur.
Sayfa 141 - Kerol Boynton,Erkül PuaroKitabı okudu
Reklam
Cinayətlərin sağlığına
-Əzizim,mən həyatımı insan beynində baş verən qəribə hadisələrə həsr etmişəm.Bu vəziyyətdə həyatın ancaq xoş tərəfinə baxmaq düzgün deyil.Adi həyatda əxlaq və ənənələrdən kənarda da qəribə hadisələr baş verir.Məsələn,belə bir şey var,qəddarlıq üçün qəddarlıqdan həzz almaq.Amma bunun özündə də dərin qatlar var.Qiymətləndirilmək üçün zavallı mübarizə,arzu.İnsanın bu arzusu yerinə yetmədikdə,ehtiyacı olanı almadıqda başqa metodlar işə başlayır.Belə adamlar özlərini təsdiqlətməyə çalışırlar:"Onlar görəcəklər mən kiməm.Onlar görəcəklər kimə pislik ediblər".Beləcə,qəddarlıq ən pis üzünü göstərir.O belə insanlar üçün normaya,adi şeyə çevrilir.
Sayfa 81 - Teodor JerardKitabı okudu
-Hə,bilirəm ki,haqlısınız.Amma bəzən ölüm problemləri həll edə bilir.Hətta həyata məna da verə bilir. Jerard haradansa oxuduğu ifadəni dedi: -Bir nəfərin bütün insanların xeyri üçün ölməsi daha məqsədəuyğundur. -Mən onu demək istəmirdim...
Sayfa 80 - Sara Kinq,Teodor JerardKitabı okudu
-..Bəzən fikirləşirəm ki,qurban vermək lazımlı şeydir... Yəni insanlar həyata çox böyük qiymət verirlər.Əslində ölüm biz düşündüyümüz qədər də əhəmiyyətli bir şey deyil. -Belə düşünürsünüzsə,miss Kinq,onda gərək bu peşəni seçməyəydiniz.Ölüm bizim üçün həmişə düşmən olub və olacaq da.
Sayfa 79 - Sara Kinq,Teodor JerardKitabı okudu
Reklam
-Məncə,bu,mübahisəli məsələdir.Əgər kimsə nəyinsə düz olmadığını görürsə,onu düzəltmək üçün çalışmalıdırmı?Kiminsə müdaxiləsi xeyirliyə ola bilər.Amma bu həm də ziyan verə bilər.Məsələnin həlli olduqca çətindir.Bəzi adamlar müdaxiləni etmirlər.Buna görə də vaxtında əl çəkmək lazımdır.Həmçinin yaş məsələsi də var.Gənclər ideallarında və imanlarında inadkardırlar.Onlar təcrübə yox,nəzəriyyə ilə çalışırlar.Onlar təcrübəli deyillər.Fakt nəzəriyyəyə qarşı olur.Əgər özünüzə və düz olduğunuza inanırsınızsa vəziyyəti düzəldə bilərsiniz.(Amma bəzən ziyan da vura bilərsiniz).Bir tərəfdən də,ortayaşlı adamın təcrübəsi olur.Onlar bilirlər ki,müdaxilə çox vaxt ziyanlı olur,ona görə də qarışmamağa çalışırlar.Amma sonda nəticələr eynidir.Gənc həm xeyir,həm də ziyanlı iş görür.Ortayaşlılar isə heç nə etmirlər.
Sayfa 58 - Teodor JerardKitabı okudu
-Kişilərə həmişə elə gəlir ki, onlar qadınlar üzərində gücə malikdirlər.
Sayfa 66 - Ledi VestholmKitabı okudu
-Sözlərimi yaxşı yadında saxla,əgər dünyada kimsə nəsə edəcəksə bunu qadınlar edəcəklər.
Sayfa 66 - Ledi VestholmKitabı okudu
-Razı deyiləm,..Bir insanın insanlığa xeyir verməsi yaxşı şeydir.Bunun kişi və ya qadın olmasının fərqi yoxdur. Düz demirəmm
Sayfa 71 - Sara KinqKitabı okudu
Reklam
-Bu gün biz belə şeyləri ətrafımızda tez-tez görürük.Siyasət,millətlərin daxilində baş verənlər... İnsanları vecinə alan yoxdur.Bəzən deyirlər ki,hər şey yaxşıdır,yaxşı rejim,dövlət qayğısı... Amma bunlar hamısı güc,qorxu və dəhşət üzərində qurulur. Onlar-bu zorakılıq elçiləri öz xeyirləri üçün qapıları açırlar,qədim vəhşilik,qəddarlıq üzə çıxır.Bunlar mürəkkəb məsələlərdir.İnsan əhliləşdirilmiş heyvandır.İnsanın yalnız bir ibtidai məqsədi var-yaşamaq.Sürətli inkişaf gec inkişafdan daha ziyanlıdır.O yaşamalıdır.Bəlkə də buna görə insanlar qəddarlığı saxlayırlar,onu məhv etmirlər,amma mümkün qədər gizlətməyə çalışırlar.
Sayfa 38 - Teodor JerardKitabı okudu
-Xristianlığın prinsiplərindən biri də aza qane olmaqdır.Mən həkiməm.Bilirəm ki,uğur qazanmaq arzusu,güclü olmaq istəyi,ambisiyalar insan ruhunu xəstələndirə bilər.Bu arzu reallaşanda təkəbbür,lovğalıq və toxluq hissi yaradır.Amma arzu yerinə yetməyəndə bu,insanı dəli edə bilər.Bu gün dəlixanalar özünü adi,lazımsız hesab edən insanlarla doludur.Onlar reallıqdan imtina edərək özlərini həmişəlik uydurma həyata məhkum ediblər. -Çox pis ki,qoca Boynton dəlixanada deyil. -Yox,onun yeri uğursuzların yanında deyil.Bu ondan da pisdir.O,uğur qazanıb.Arzusunu yerinə yetirib.
Sayfa -141 - Teodor Jerard, Sara KinqKitabı okudu
-..amma məncə, azadlıq üçün hər zaman mübarizə aparmağa dəyər. -Azadlıq?-Kerol ona baxdı.-Biz heç birimiz azad deyilik. Heç vaxt da olmayacağıq.
Sayfa 36 - Sara Kinq, Kerol BoyntonKitabı okudu
Hər millət əmin idi ki, azadlıq illuziyası yalnız onlardadır.Doktor Jerard ağıllı idi. Bilirdi ki,heç bir millət,ölkə,heç bir fərd tam azad ola bilməz. Amma həm də kölgəliyin müxtəlif dərəcələrini bilirdi.
-..amma məncə,bir qadının daşıdığı yükün də həddi var.
Sayfa 32 - Cefferson KoupKitabı okudu
363 öğeden 346 ile 360 arasındakiler gösteriliyor.