On Dördüncü Adam

Elxan Elatlı

On Dördüncü Adam Posts

You can find On Dördüncü Adam books, On Dördüncü Adam quotes and quotes, On Dördüncü Adam authors, On Dördüncü Adam reviews and reviews on 1000Kitap.
Tanrı bizi hər an qarşımıza çıxan və geriyə dönüşü olmayan yeni həyat cığırlarının ən doğru olanına yönəltməyə çalışır. Biz isə bunu bəzən anlamır, bizi fəlakətə aparan yanlış cığıra düşürük...
Tanrı bizi hər an qarşımıza çıxan və geriyə dönüşü olmayan yeni həyat cığırlarının ən doğru olanına yönəltməyə çalışır. Biz isə bunu bəzən anlamır, bizi fəlakətə aparan yanlış çığıra düşürük.
Reklam
Tanrı bizi hər an qarşımıza çıxan və geriyə dönüşü olmayan yeni həyat cığırlarının ən doğru olanına yönəltməyə çalışır. Biz isə bunu bəzən anlamır, bizi fəlakətə aparan yanlış cığıra düşürük...
Biz çox vaxt özümüz də bilmədən taleyimizlə qumar oynayırıq.Ya uduruq,ya uduzuruq və bu zaman bizə uduzduqlarımızı təkrar geri qaytarmaq imkanı verilmir...
Yaxşılıq etdim deyə sevinməyə,pislik etdim deyə kədərlənməyə tələsməyin.Nəyin yaxşılıq,nəyin pislik olduğunu zaman göstərəcək.
Bütün bunlar onun xoşbəxtliyinin göstəriciləri deyildimi?Xoşbəxt olmaq üçün başqa nə lazım idi?Sevgi,məhəbbət?Bəlkə də əri ilə onun arasındakı münasibətə məhəbbət demək olardı.Bəlkə də yox.Bu,məhəbbət məfhumunu kimin necə anlamasından çox asılı idi.Bir də axı,nəyə lazımdır məhəbbəti qeyri-adi,əlçatmaz bir şey kimi anlayıb,öz hissini və ya özünə qarşı olan hissi onunla müqayisədə zəif və cılız görəsən?Nəyə lazımdır iddialarını böyüdüb şişirdəsən,sonra da özünün böyütdüyün bu iddiaların altında qalıb sıxılasan,özünü kiçik,bədbəxt görəsən? Məhəbbəti əks cinsin nümayəndələrinin bir-birini tamamilə bəyənməsi,bir-birini başqalarından daha çox istəməsi,bir-birindən ayrı qalanda bunu bir boşluq kimi hiss etməsi,nəhayət,bir-birinin bədənini öz bədəni qədər doğma qəbul etməsi kimi anlamaq və bununla kifayətlənmək daha məqsədəuyğun olmazdımı?
Reklam
İnsan həyatı o qədər mürəkkəbdir ki,heç kəs həyat yolunda qarşısına çıxan cığırların hansının gələcəyi üçün daha sərfəli olduğunu bilmir.Bunu yalnız Tanrı bilir və taleyini yaxşı görmək istədiyi bəndələrini ən doğru cığırlara yönəldir.
Ailə həyatı quracağın insan sənə ya xoşbəxtlik gətirəcək,ya da bədbəxtlik,burada orta vəziyyət yoxdur.
İnsanın yaxşı cəhətlərini sağlığında üzünə deyib onu fərəhləndirmək ən düzgün əməllərdən biridir.Bu,eyni zamanda həmin adamın məsuliyyətini artırır,onu daha yaxşı olmağa sövq edir. Qarşınızdakının nöqsanlarını deməyə isə heç tələsməyin.Əgər o,pis adamdırsa,deməli,özünü hamıdan yaxşı hesab edir və sənin iradlarını paxıllıq limi qəbul edəcək.Əgər həqiqətən yaxşı adamdırsa,üzüləcək,ruhdan düşəcək.Bir də axı o,öz nöqsanlarını səndən də aydın görür və bilir.Onun bilmədiyi yaxşı cəhətləridir ki,sən də əgər xain,paxıl biri deyilsənsə,ona bunları xatırlat.
Əgər Tanrının sizi sevdiyinə və həmişə Onun diqqətində olduğunuza əminsinizsə,qarşınıza çıxan həyat cığırlarının ağlınıza ilk gələnini tutub gedin.Çünki onu sizin ağlınıza Tanrı özü salır.Əgər tərəddüd edib başqa cığırı seçsəniz,bilin ki,sizi o cığıra yönəldən şeytandır.
508 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.