Qadın Olmaq

Pervin

About Qadın Olmaq

Qadın Olmaq subject, statistics, prices and more here.

About

Axı qadın təbiətən başqa cür yaranıb. O sığınmağa, söykənməyə meyillidi, rahat bucaq, isti qucaq istəyir. Kişi isə genetik olaraq “qoruyan”dı, “yuva”dı. Qadın kişinin yanında özünü beşiyindəki kimi arxayın, qayğısız hiss etmirsə, onun qoynunda dərdlərini unutmursa, əksinə, əlavə dərd, yeni ağrı qazanırsa, hansı sevgidən söhbət gedə bilər? * * * Gözəllik isə “diktator”du! Gözəl qadının həyatını, taleyini xarici görünüşü diktə edir... Ya gözəlliyindən imtina edib, ondan üz döndərib ayrı yolla getməlisən, ya da ömrün boyu Allahın lütfü olan görkəmin xidmətində durmalısan, ona qulluq eləməlisən. Bu isə xüsusi həyat tərzi, ayrı növ yaşayışdı. Qreysin həyatı kimi... * * * Jorj liman boyu qaça-qaça, vurnuxa-vurnuxa kapitanlara yalvarır. Çox güman ki, burada o, vazkeçilməz qadın sehrini işlətsəydi, gəmiçilər onun istəyini gözüyumulu yerinə yetirərdilər. Amma indi xəstə sevgilisinə görə ağlayan, yalvaran bu qadın onların gözündə, sadəcə, bir zavallı idi...
Author:
Pervin
Pervin
Türler:
Publisher: Qanun Nəşriyyatı
ISBN: 9789952361407Country: AzerbaijanLanguage: Azerice
Reklam