Şizofrenik Saturn

Muzafferus

Comments and Reviews

See All
96 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 5 days
Bəzən həyatımızda elə şeylər yaşıyırıq ki, reallıqdan qaçıb utopik dünyamıza sığınmaq istəyirik. Ümidimizi uzaqlardan gəlib də bizi çətinlikdən qurtara biləcək birinə bağlıyırıq. O biri də bizim real dünyamızdan yox, Utopik dünyamızdakı bir yadplanetli olur. Bəlkə bu gün bu cəmiyyətdə fikirlərimizin fərqliliyi elə gəldiyimiz yerdən qaynaqlanır?! Bəlkə elə ona görə çətindi özümüzü ifadə etməyimiz?! Bəlkə elə ona görə anlaşılmırıq?! Dönürsən, ətrafına baxırsan. Mən kiməm?-deyirsən, sonra bir də səni sən edən şeylərə baxırsan. Anlayırsan ki, sən bütünlüklə xəyal dünyandan ibarətsən. Ümidlərin, gözləntilərin, ətrafdan istədiklərin, özündən tələb etdiklərin...
Şizofrenik Saturn
Şizofrenik SaturnMuzafferus · Xan Nəşriyyatı · 201627 okunma
Reklam
96 syf.
·
Not rated
·
Read in 26 days
Kitabın özüylə yanaşı adınada fikir verən mən adını bəyəndim,cəzb edir.Kitabı ilk başlayanda ilk səhifələr xoşuma gəldi.Əsasda "dəyişib" adlı yazı.Dedim ki "aha tam istədiyim formada şeir üslubu", ancaq səmimi olsam ortalara doğru gəldikdə kitabın təsiri bir balaca söndü.Sonlarda isə daha çox söndü mənə görə.Çünki ümumilikdə çıxaracağımız bir nəticə yoxuydu.Əgər belə tək-tək baxsaq bəzi yazılara onda məsələ dəyişər,çünki yazıçı ən başda insanların idarə olunduğuna sonda isə telefonların kitabların yerinin tutduğuna toxunub və s. Kimi başqa gözəl ifadə olunmuş fikirlərdə vardı.Kitabdan ən sevdiklərimidə alıntı formasında paylaşmışam.Məncə,yazıçı üstündə birazda işləməlidir və bizdə ölkəmizin bu cür gənc kadrlarına dəstək olmalıyıq.
Şizofrenik Saturn
Şizofrenik SaturnMuzafferus · Xan Nəşriyyatı · 201627 okunma
96 syf.
5/10 puan verdi
·
Read in 13 hours
Varıq, ya yox...
"yaxşı ki gəldin. böyük stəkan götür. çaydan, qəhvədən bir şey süz, otur. kəmərini bağlamağı da unutma. uçuşa hazırıq kapitan." Yaşayırıqmı həqiqətən? Əgər yaşayırıqsa, bu qədər acıya, əzaba necə davam gətirə bilirik? Unutmuruq, ancaq üzərini bir az tozlandırırıq. Yeri gələndə o tozları silib, yenidən canlandırırıq o acıları.
Şizofrenik Saturn
Şizofrenik SaturnMuzafferus · Xan Nəşriyyatı · 201627 okunma
96 syf.
·
Not rated
·
Read in 3 days
Şizofrenik Saturn.. İlk öncə bu ad cəlb etmişdi məni.. "Şizofrenik əsər"lər məndə hər zaman maraq doğurur. Və buna kosmoqoniklik də əlavə olunubsa, oxumalıyam dedim. Əsəri ümumən bəyəndim. İstər mövzu olsun, istər fikrin sərbəstliyi olsun.. Yazarın düşüncələri olduqca yaxın idi mənə. Şeirlər sərbəst vəznlə yazılıb,səpkili formadadır ki, bu da bir üstünlük idi mənə görə, çünki mən fikirlərin çərçivəyə salınmadan ifadə olunmasının tərəfdarıyam. Şərt qafiyə tutdurmaq deyil, şərt düşündüyün zamankı hislərini qarşıya ötürməkdir. Sərbəst buraxmaq sətirləri. Almaq əlinə qələmi Yazmaq. Nə önəmi var ki mövzunun? Sərbəst vəzndə olsun qoy. Qafiyə adıyla məcburiləşdirməyək. Azad burax hecaları. Bu sətirlərdə də deyildiyi kimi, bəzən hecaları saymaq yox, azad buraxmaq lazımdır. Kitabda bəyənmədiyim bəzi məqamlar da oldu. Məsələn, şeirlərdə "zatən" sözünə rast gəldim bir neçə dəfə. Məncə bu sözün yerinə başqa bir sinonimi işlənsə daha xoş olardı. Bu kimi bəzi sözlər bədiiliyi zəyiflədir deyə düşünürəm. Və bəzi sətirlərdə inversiyaya yol verilsə daha ahəngli oxunardı. İstənilən şeir hər nə qədər sərbəst vəznlə yazılsa da, nisbətən şeir ahəngi olmalıdır.
Şizofrenik Saturn
Şizofrenik SaturnMuzafferus · Xan Nəşriyyatı · 201627 okunma
Reklam
96 syf.
10/10 puan verdi
·
Read in 3 days
Bu mənim ən qısa kitab incələməm ola bilər...)
Sadəcə oxuyun bu kitabı... Çünki başqa bir izah verə bilməyəcəm. Bu kitabda digər kitablardan fərqli nə var anlamadım, amma oxumağa dəyər. Əgər kitabı oxusanız anlayacaqsınız nə demək istədiyimi.))
Şizofrenik Saturn
Şizofrenik Saturn
Şizofrenik Saturn
Şizofrenik SaturnMuzafferus · Xan Nəşriyyatı · 201627 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.