Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qadının Üç Yaş Dövrü

Ceylan Mumoğlu

Yorumlar ve İncelemeler

Tümünü Gör
152 syf.
8/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
3 Qadının həyat hekayəsi.. Həm də bir gənc qızın sevgi, aldanma, özünütanıma, məsuliyyət, azadlıq hisləri ilə tanışlığı.. Çox gözəl axıcı, marağlı kitab oldu mənim üçün
Qadının Üç Yaş Dövrü
Qadının Üç Yaş DövrüCeylan Mumoğlu · Parafraz Nəşrləri · 20205 okunma
Reklam
152 syf.
10/10 puan verdi
·
Beğendi
"Qadının üç yaş dövrü", Ceylan Mumoğlu
Əgər məndən keçmişi soruşsalar, yəqin ki, ilk ağlıma gələn atamın nənəsinin ciblərindən noğul, badam, ya da quru meyvələr çıxarması olar. Amma o qadının yarı şaqqasını xatırlayıram. O epizodda tamlıq yoxdu. Dumana bürünmüş əncir ağacı və yarısı görünən tünd yaşıl jaketi olan yarım qol... Bəli, hamımız üçün belədi, keçmiş dağılmış pazl kimi səpələnib yaddaşımızın bucaqlarına... Bu keçmiş bəzən bizim yerimizə qərar verir, ya da qərardan çəkinir. Heyhat, biz bunu hiss etmirik. “Qadının üç yaş” dövrü bizim genetikamızdakı bu yaddaşın önə çıxmasının parlaq ifadəsdir. Bu əsərdə qadınlar vahidləşir, onlar bir vahid olaraq hərəkət edirlər. Onların həyat şəraiti və yetişdikləri mühit fərqli olsa da, qərarları və düşüncələri eynidir. Çünki fərdi yaddaşları heç bir dəyişikliyə uğramadan ötürülüb. Əsərdə bütün qadınlar passiv mübarizə içindədilər. Onlar bu mübarizəni öz nəinki qarşı tərəflə, hətta öz həmcinsləri ilə də aparırlar. Amma yenə manipulyasiyanın qadnın əlində olduğunu görürük. Romanda kişilər ikinci, hətta deyərdim ki, köməkçi obrazlarda təsvir olunub. Bu isə mənim uzun illərdir bəri formalaşmış fikrimə bir daha qadın yazardan dəstəyin gəlməsi idi. Bəli, kişilər möhkəm və təhlükəsiz divarlardır, qadınlar isə o divarlara söykənmiş pərilər. O divarların çatlaması (ya da möhkənlənməsi) yenə dolayısı ilə qadın əməlinin və mübarizəsinin nəticəsi olur. Ardı linkdə: ceylanmumoglu.com/article/ulviyye...
Qadının Üç Yaş Dövrü
Qadının Üç Yaş DövrüCeylan Mumoğlu · Parafraz Nəşrləri · 20205 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.