Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ceylan Mumoğlu

Ceylan MumoğluAydınlanma Səyahəti yazarı
Yazar
Çevirmen
8.1/10
15 Kişi
28
Okunma
15
Beğeni
2.533
Görüntülenme

Hakkında

Azərbaycanda doğulan Ceylan Mumoğlu ixtisasca tarixçidir. 1997-2007-ci illərdə müəllim kimi fəaliyyət göstərib. Hazırda İstanbulda yaşayır. Azərbaycanın ilk milli qadın portalı qadin.net 'in həmtəsisçisi və baş redaktoru olub. 2009-cu ildən ədəbi fəaliyyətə başlayıb. Müxtəlif hekayələrin "Aydınlanma səyahəti" adlı şəxsi inkişaf və motivasiya kitabının müəllifidir. "Qurbağa öpüşü" sayca ikinci kitabıdır.
Unvan:
Azerbaycanlı Tarihçi, Yazar
Doğum:
Sumqayıt, Azerbaycan, 1976

Okurlar

15 okur beğendi.
28 okur okudu.
2 okur okuyor.
35 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Deyərdi ki, insan gözlərini tez-tez baxmağa adət etdiyi həyatın yeknəsəkliyindən çəkib seyr etməyi unutduğu təbiət mənzərəsinə çevirəndə içi sevinclə dolur..
Reklam
Həyat doğulmaqla ölmək arasında bir andır, bu qısalıqda həyatı mənasız iztirablara həsr etməyə dəyərmi?
Eh..Nə işə yarayır ki gözəllik? Yaxşı deyiblər, dünyaca gözəlliyin olunca,zərrəcə bəxtin olsun..
Ağrısız qazanlılan gözəllik ötəridir. Cənnət ağrılarla əhatə olunmalıdır. Bəlkə də, cənnət Saturndur, ağrılar da halqası...
Sayfa 143 - Parafraz NəşrləriKitabı okudu
Bəzən belə də olur: insan təcrübədən keçirmədiyi hissi yaşaya biləcəyini, öhdəsindən gələcəyini zənn edir. Elə ki vaxt-vədə yetişir, görür ki, yanılıb. Bununla ya barışmalı olur, ya da üsyan edir.
Sayfa 85 - Parafraz NəşrləriKitabı okudu
Reklam

Yorumlar ve İncelemeler

Tümünü Gör
152 syf.
8/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
3 Qadının həyat hekayəsi.. Həm də bir gənc qızın sevgi, aldanma, özünütanıma, məsuliyyət, azadlıq hisləri ilə tanışlığı.. Çox gözəl axıcı, marağlı kitab oldu mənim üçün
Qadının Üç Yaş Dövrü
Qadının Üç Yaş DövrüCeylan Mumoğlu · Parafraz Nəşrləri · 20205 okunma
88 syf.
7/10 puan verdi
Ceylan Mumoğlunun "Qurbağa öpüşü"nü oxuyub bitirdim. Əsər haqda bir xeyli rəy oxumuşam bu günə kimi. Bəziləri çox tərifləyiblər, bəziləri kəskin tənqid atəşinə tutublar. Mənə görə isə nə çox təriflənəcək, nə də çoxxx kəskin tənqid atəşinə tutulacaq əsərlərdi. Hekayələrin ümumi texnikası yaxşı idi. Ancaq mövzular pessimist ruhlu idi. Bunu sevə bilmədim. Din mövzusuna çox köklənib və yazıçı öz inancını ortaya qoyaraq təbliğ eləyib sanki, bu baxımdan çox da obyektiv gəlmədi. Bir də kitabın adını niyə məhz Qurbağa öpüşü seçib onu anlaya bilmədim, çünki daha cəlbedici adları olan, daha yaddaqalan hekayələr var idi, məncə. Hər şeyə rəğmən, axıcı və oxunaqlı hekayələr idi. Ümymiyyətlə isə, hekayələrdə öz yolunu axtaran bir yazıçının səsi duyulur. Bu yolda Ceylan xanıma uğurlu, aydın yol diləyirəm!
Qurbağa Öpüşü
Qurbağa ÖpüşüCeylan Mumoğlu · Qurbağa Öpüşü · 20185 okunma
152 syf.
10/10 puan verdi
·
Beğendi
"Qadının üç yaş dövrü", Ceylan Mumoğlu
Əgər məndən keçmişi soruşsalar, yəqin ki, ilk ağlıma gələn atamın nənəsinin ciblərindən noğul, badam, ya da quru meyvələr çıxarması olar. Amma o qadının yarı şaqqasını xatırlayıram. O epizodda tamlıq yoxdu. Dumana bürünmüş əncir ağacı və yarısı görünən tünd yaşıl jaketi olan yarım qol... Bəli, hamımız üçün belədi, keçmiş dağılmış pazl kimi səpələnib yaddaşımızın bucaqlarına... Bu keçmiş bəzən bizim yerimizə qərar verir, ya da qərardan çəkinir. Heyhat, biz bunu hiss etmirik. “Qadının üç yaş” dövrü bizim genetikamızdakı bu yaddaşın önə çıxmasının parlaq ifadəsdir. Bu əsərdə qadınlar vahidləşir, onlar bir vahid olaraq hərəkət edirlər. Onların həyat şəraiti və yetişdikləri mühit fərqli olsa da, qərarları və düşüncələri eynidir. Çünki fərdi yaddaşları heç bir dəyişikliyə uğramadan ötürülüb. Əsərdə bütün qadınlar passiv mübarizə içindədilər. Onlar bu mübarizəni öz nəinki qarşı tərəflə, hətta öz həmcinsləri ilə də aparırlar. Amma yenə manipulyasiyanın qadnın əlində olduğunu görürük. Romanda kişilər ikinci, hətta deyərdim ki, köməkçi obrazlarda təsvir olunub. Bu isə mənim uzun illərdir bəri formalaşmış fikrimə bir daha qadın yazardan dəstəyin gəlməsi idi. Bəli, kişilər möhkəm və təhlükəsiz divarlardır, qadınlar isə o divarlara söykənmiş pərilər. O divarların çatlaması (ya da möhkənlənməsi) yenə dolayısı ilə qadın əməlinin və mübarizəsinin nəticəsi olur. Ardı linkdə: ceylanmumoglu.com/article/ulviyye...
Qadının Üç Yaş Dövrü
Qadının Üç Yaş DövrüCeylan Mumoğlu · Parafraz Nəşrləri · 20205 okunma