Qağayı

Anton Çehov

Qağayı Gönderileri

Qağayı kitaplarını, Qağayı sözleri ve alıntılarını, Qağayı yazarlarını, Qağayı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
112 syf.
10/10 puan verdi
·
Beğendi
·
30 saatte okudu
Anton Çehov
Anton Çehov
'un çox bəyəndiyim
Altı Nömrəli Palata
Altı Nömrəli Palata
hekayəsindən sonra oxuduğum ikinci kitabı
Qağayı
Qağayı
oldu. Bu əsəri bir dəfəyə bitirilə biləcək, axıcı bir pyesdir. Hekayə baş rolda olan K.Q.Treplyovun pyesini yaxın tanıdığı ailə üzvləri, yazıçılar və bir neçə digər obrazların önündə tamaşaya qoyması ilə başlayır. Hekayənin davamında müxtəlif obrazların ziddiyyətli xarakterləri, gözlənilməz davranışları məzmuna daha da maraq qatır. *** "bəzən adamlar yeridikləri zaman da yuxuda olurlar" ~ həyatınız boyunca atacağınız önəmli addımlarda yuxulu olmamağınız diləyi ilə xoş mütaliələr))
Qağayı
QağayıAnton Çehov · Qanun Nəşriyyatı · 202120,5bin okunma
—Kağız üzərində filosof olmaq nə qədər asandırsa, həqiqətdə bir o qədər çətindir.
Reklam
—Bəzən adamlar yeridikləri zaman da yuxuda olurlar, bax indi mən səninlə danışıram, amma mənə elə gəlir ki, yatmışam, yuxuda onu görürəm.
"Əgər bir gün mənim həyatım sənə lazım olsa, gəl, onu apar".
—Bu paxıllıqdır. İstedadsız adamlar həmişə böyük iddiada olar və həqiqi istedad sahiblərini pisləyərlər. Qəribə təsəllidir!
Kiçik bir hekayə süjeti, sizin kimi gənc bir qız uşaqlıqdan gölün sahilində yaşayır, qağayı kimi, bu qız da gölü sevir, o da qağayı kimi xoşbəxt və azaddır. Lakin təsadüfən buraya bir adam gəlir, qızı görür və bekarçılıqdan onu məhv edir. Bax, bu qağayı kimi.
Reklam
... Elə ki öldüm, tanışlar qəbrimin yanından keçərkən deyəcəklər:"Burada yatan Triqorindir. Yaxşı yazıçı idi, lakin Turgenev ondan yaxşı yazırdı".
İnsanların taleləri müxtəlifdir. Bir parası birtəhər özünü süründürür, onların dünyada yaşadıqlarından heç kəsin xəbəri olmur, hamısı bir-birinə bənzəyir, hamısı bədbəxtdir. Bir parası isə, siz—milyonlardan biri—maraqlı, gözəl, parlaq və məna ilə dolu olan həyat keçirirsiniz.
Mən elə bilirdim, məşhur adamlar məğrur olurlar, onlara yaxın düşmək mümkün olmur, mən elə bilirdim, onların camaatdan zəhləsi gedir, onlar öz adamlarının nuru ilə əsil-nəsibi və sərvəti hər şeydən üstün tutan camaatdan sanki qisas alırlar. Amma indi görürəm ki, onlar da başqaları kimi ağlayır, balıq tutur, kart oynayır, gülür və hirslənirlər...
İsti, sakitlik, heç kəs heç bir iş görmür, hamı filosofluq edir...
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.