Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qağayı

Anton Çehov

Qağayı Gönderileri

Qağayı kitaplarını, Qağayı sözleri ve alıntılarını, Qağayı yazarlarını, Qağayı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Mən it qabağından qaçan tülkülər kimi gah bu yana, gah o yana qaçıram, mən görürəm ki, həyat və elm hey irəli, irəli gedir, mən isə qatara gecikən kəndli kimi hey geridə qalıram.
Dərin və boş bir quyuya salınmış əsir kimi harada olduğumu və məni nələr gözlədiyini bilmirəm.
Reklam
112 syf.
7/10 puan verdi
·
Beğendi
Hallo guyss (Spoiler içərir) Bu əsəri, neçə ay öncə bitirib amma indi incələməsini edirəm. Umumiyyətlə bir sözlə, desək Антон Павлович Чехов, hamının tanıdığı və dillərdə əzbər olmuş görkəmli simalardan biridir. Anton Çexov çox ağır və dərin mənalara sahib yazıçıdır, eyni ilədə bunu əsərlərinə yansıdan, bir yazardır.O'na "dahi" demək istərdim, amma o sözü qadağan etmişdi. • Bu əsərdə Çexov fədakarlıq mövzusuna toxunub. “Qağayı” əbədi bir sənət-həyat qarşıdurmasını ifadə edir. Qırx yaşında olan İrina Nikolayevna Arkadina istedadlı aktrisadır. O, sənətini çox sevir. Lakin həddindən artıq şöhrətpərəst, xəsis və eqoistdir. Şəxsi həyatında xoşbəxt deyil, sevgisini onu sevməyən yazıçı Triqorinə verib. Triqorin Nina Zareçnayaya vurulur və gənc qızı yoldan çıxarır. Nina aktrisalıq fəaliyyətinə başlasa da, şəxsi həyatında xoşbəxt ola bilmir. Insanlara olan etibarını itirir. Ondakı çoşqun, romantik əhvali-ruhiyyədən əsər qalmayıb. Indi o köksündən yara almış qağayıdır. Əsər bu münasibətlə Qağayı adlandırılıb. Çexov demişkən : Hərənin özünə görə həm müsbət, həm də mənfi cəhətləri var. Hərə də bir cür bədbəxtdir. (Bu yazara bayılıram,ən sevdiyim əsəri isə, 6 nömrəli palata'dır)
6 Nömrəli Palata
6 Nömrəli Palata
Qağayı
QağayıAnton Çehov · Qanun Nəşriyyatı · 202120,3bin okunma
112 syf.
·
Puan vermedi
Anton Çexovun qələmi deyə bir şey var .Hər dəfəsində necə olursa insanı özünə çəkir.Əsərdə müxtəlif mövzulara toxunulur.Və bu aydın və incə şəkildə yazılıb. Əsəri oxuyarkən yaşadığım duyğular: Yeni yaradılan bir şeyin daima tənqid olunması, dəstəklənməmək və buna görə özünü yetərsiz hiss etmək Qısqanclıq Daima digərləri , həmçinin özün tərəfindən başqa şəxlə müqasiyə Gözləntilər altında əzilmək Sevgi çoxbucaqlısı və bunun yaratdığı bədbəxlik Özünü,bu dünyadakı yerini tapa bilməmək. Əsərdə bir obrazın yazıçı olaraq bunun yorğunluğunu ifadə etdiyi yazı Çexovun özünü ifadə etmə formasıdırmı deyə düşündürdü. Əgər Çexovun digər əsərləri bəyənmisinizsə,bu əsərini də oxumağınızı tövsiyə edirəm.
Qağayı
QağayıAnton Çehov · Qanun Nəşriyyatı · 202120,3bin okunma
Səhnədə pis oynadığını hiss edən ifaçının nə hala düşdüyünü siz bilmirsiniz,bu dəhşətdir.
Mən onu görürdüm,ancaq o məni görmək istəmirdi.
Reklam
Həmişə, hər zaman belə, özümdən özümə rahatlıq yoxdur və hiss edirəm ki, öz əlimlə ömrümü qısaldıram, kimlərə isə verdiyim bal üçün ən gözəl çiçəklərimdən şirə alıram bu çiçəkləri yolub, köklərini tapdayıram. Məgər mən dəli deyiləm?
Dərin və boş bir quyuya salınmış əsir kimi harada olduğumu və məni nələr gözlədiyini bilmirəm.
Üçüncü Pərdə
Sorinin evində yemək otağı. Sağda və solda qapı var. Bufet. Dərman şkafı. Otağın ortasında stol. Çamadan ve karton qutular. Yola hazırlıq gözə çarpır. Triqorin qəlyanaltı edir. Maşa stolun yanında dayanmışdır.
Sayfa 63
Kainatda yalnız və yalnız ruh dəyişməz və əbədi qalır.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.