Ehtiyacım olan hər şey sənsən.İnandığım gələcək,heçə saydığım keçmiş.Tükənməyən ümidlərin adı sənsən.Sən ehtiyac duyduğum hər şeysən,gülümsəmə səbəbimsən.Və yatılı olduğum zamanlarda belə oyaq qalmağıma səbəb,sakitliyim və ən böyük qəzəbim,məqsədlərim,hər dəqiqə dəyişən amma öncədən düşünülmüş fikirlərim,məntiqsizliyim,bağlı olduğum,qopa bilmədiyim tək şeysən.Dözülməz amma əl çəkməsi də mümkün olmayan,dönüb dolaşıb gəldiyim ünvan sənsən.Ehtiyac duyduğum hər şeysən...
Səndən ayrı düşə bilmədim.Çox düşündüm,ürəyimdən silə bilmədim.Mən hər şeyə rəğmən sənli günləri yaşayıram.Sevgi də elə bu deyil?Sadəcə sevmək…Ümidin qırılsa da,qəlbin yansa da gözləmək… :(
Mən məğlub olmaram deyə çıxdığım hər yolun dönüşündə,yanımda məğlubiyyətim və kimsəsizliyimlə evə gəldim.Hər kəs qazandı,mən sənə məğlub oldum.Hər kəs getdi,mən sənə qaldım.Hər kəsi unutdum, yalnızca sən varsan.
Yaralanıb qalxdım ayağa...Qırıldım,param-parça oldum yenə ayaq üstə dayanmağı bacardım...Güclü olduğumun fərqində olduğum kimi,xoşbəxt olmadığımında fərqindəyəm.Həyata sanki yalnız mübarizə və güclü qalmaq üçün gəlmişəm.Nə qədər öhtəsindən gəlsəm problemlərin hər dəfəsində yeni bir problemlə üzləşirəm.Bilmirəm artıq necə dayanım bütün olanlara.Necə inanım insanların səmimiyyətlərinə.Çox susqun və çarəsizəm... Sözlərim ürəyimdə beynimdə dolub daşır Bir insan Bu qədərmi bəxtsiz olarmı mən kimə bəd dua etdim də dolaşıb gəlib məni tutur tanrım mənim bəxtim elə bir duyumlenib ki açılması çözülmesi çox zor çoxxx....