Bu cümlenin içinde kaçınılmaz bir gerçek gizlidir. Çünkü en sonunda kayıp vardır. En acımasız yanı da şudur. Öncesinde ne kadar mutlu olduysan, kaybettiğinde o ölçüde canın yanar. Günün birinde bu mektup eline geçtiğinde sen ve ben büyük acılar çekmiş olacağız ve bu acılar tarifsiz boyutlara ulaşacak. İşte sen o an, gerçek aşkın anlamını ve bu dünyada hiçbir şeyin rastlantı eseri olmadığını kavrayacaksın.
İnan bana, ne kadar canın yansa da bu acı için bana minnet duyacaksın. Hatta daha da farklı şeyler hissedeceksin.
Bəlkə də bunların hamısı onun yenidən düşünməyə başladığı üçün olurdu. Axı o, sistemi dağıtmışdı. Zavallı dələ fırlanan çarxın içindən çıxa bilmişdi. Hardansa yadına zoologiya müəllimi düşdü. O deyirdi ki, dələni çarxın içinə qoysan o dayanmadan qaçacaq və çarxı firladacaq. Əgər çarxı dayandıran olmasa, dələ ölənə kimi qaçacaq. Bircə dəfə kənara tullanıb yıxılmaqdan qorxduğu üçün dayanmadan qaçacaq, sonda isə ürəyi partlayıb öləcək.
Kərəm də, o çarxın içində idi. Bütün insanlar kimi işə gedir-gəlir, qazandıqca nələrinsə dəyişidiyini düşünürdü. Televizorda yeni kanallar açılır, yeni filmlər çəkilir, xəbərlər gündə yeni şeylərdən danışır və yazıq insancıqlar elə bilirdilər ki, həyatları yeniliklərlə doludur.
Amma anlamırdılar ki, hər il dərisini dəyişən ilanlar kimi necə sürünürdülərsə, eləcə də sürünməyə dəvam edirdilər. Biz hamımız tanımadığımız fironların könüllü qullarıyıq...