Quliyev Mehdi

Quliyev Mehdi
@Arts909
Why always me?
Baku
Azerbaycan,Sumqayıt, 10 Eylül 2000
8 okur puanı
Nisan 2023 tarihinde katıldı
Gecə yarısı yuxusuzluq səbəbim...
Ehtiyacım olan hər şey sənsən.İnandığım gələcək,heçə saydığım keçmiş.Tükənməyən ümidlərin adı sənsən.Sən ehtiyac duyduğum hər şeysən,gülümsəmə səbəbimsən.Və yatılı olduğum zamanlarda belə oyaq qalmağıma səbəb,sakitliyim və ən böyük qəzəbim,məqsədlərim,hər dəqiqə dəyişən amma öncədən düşünülmüş fikirlərim,məntiqsizliyim,bağlı olduğum,qopa bilmədiyim tək şeysən.Dözülməz amma əl çəkməsi də mümkün olmayan,dönüb dolaşıb gəldiyim ünvan sənsən.Ehtiyac duyduğum hər şeysən... Səndən ayrı düşə bilmədim.Çox düşündüm,ürəyimdən silə bilmədim.Mən hər şeyə rəğmən sənli günləri yaşayıram.Sevgi də elə bu deyil?Sadəcə sevmək…Ümidin qırılsa da,qəlbin yansa da gözləmək… :( Mən məğlub olmaram deyə çıxdığım hər yolun dönüşündə,yanımda məğlubiyyətim və kimsəsizliyimlə evə gəldim.Hər kəs qazandı,mən sənə məğlub oldum.Hər kəs getdi,mən sənə qaldım.Hər kəsi unutdum, yalnızca sən varsan.⁣ Yaralanıb qalxdım ayağa...Qırıldım,param-parça oldum yenə ayaq üstə dayanmağı bacardım...Güclü olduğumun fərqində olduğum kimi,xoşbəxt olmadığımında fərqindəyəm.Həyata sanki yalnız mübarizə və güclü qalmaq üçün gəlmişəm.Nə qədər öhtəsindən gəlsəm problemlərin hər dəfəsində yeni bir problemlə üzləşirəm.Bilmirəm artıq necə dayanım bütün olanlara.Necə inanım insanların səmimiyyətlərinə.Çox susqun və çarəsizəm... Sözlərim ürəyimdə beynimdə dolub daşır Bir insan Bu qədərmi bəxtsiz olarmı mən kimə bəd dua etdim də dolaşıb gəlib məni tutur tanrım mənim bəxtim elə bir duyumlenib ki açılması çözülmesi çox zor çoxxx....
Reklam
Yolumu hardan salım ki, sənə rast gəlim? Axı səni çox özlədim gecə gözlüm mənim. Günlər,fəsillər,illər bir-birini sıralayır. Bir dəyişməyən sənsiz keçən ömrümdür. Dinlədiyim hər musiqidə axtardığım mənam, oxuduğum şeirdə kövrəldiyim hecam; Ola bilsin bunlar son sətirlərdir. Sevgi,məhəbbət və eşq deyə müqəddəs üçlük var. İlk sevgim anam olub,bəlkə də sevgilərin ən ilahiləşdirilmişidir bu. Daha sonra yaş artdıqca məhəbbət axtarışı başlayır. Çovğunlu,dalğalı ömrümün dinlənəcəyi bir liman,bir sahiltək. Məhəbbət sözü “HOB” sözündən törəyib. Birinə bağlanmaq, ondan qopa bilməmək anlamına gəlir. Daha sonra bu məhəbbət dediyimiz duyğu ehtiras və şəhvət dolu eşqə çevrilir. Eşq sözünün kökü ərəb dilindən “aşeqo” sözündən gəlir. Aşeqo səhrada bitən bir güldür. Tikanlı,sarmaşıqlı bir gül. Qıraqdan baxanda heç kimin bəyənməyəcəyi bir gül. Gülün kökündə çıxan bu sarmaşıq Günəş zenitə yüksəlib üfüqi şüalarını səhraya vurduğu zaman gülü sarmalayır. İlk görünüşdə gülü boğduğu və soldurduğu düşünülür ancaq günəş şüaları çəkildikdə sarmaşıq yanır və kül olur. Gülün özü isə sağlam və zərif bir şəkildə yaşamını davam etdirir. Mən sənin aşeqonam. Sənin aşiqinəm. Tanımadığım sənin, tanımadığım bir qadının, arzuladığım bir qadının,başımı dizinə qoyacağım və sənsiz günlərdə keçirdiyim əzabların hekayəsini danışarkən utanmadan ağlayacağım qadının aşiqiyəm. Ürək tükənir səbrim kimi. Sözlər tükənir, alışıb-yanır,yolunu gözləyən gözlərim kimi. Hər səhər çörəyimə həsrət yaxıram, Sənin gülüşündən qatıram çaya. Biraz içimdəki sənə baxıram, Biraz da çölümdəki sənsiz dünyaya. •sənsiz Mehdi.
Yanımda olmayanlar üçün darıxıram nəsə. Ehtiyacım olmadığını bilirəm, necə ki, onların da mənə ehtiyacı yoxdu əslində. Lakin bu tam başqa bir hissdi. Adını belə bilmədiyim bir hiss. O gedəli hisslərim çox qarışığdı. Tükəndim. Heçnəyin xəyalını qurmuram, qura bilmirəm daha əvvəllərdəki kimi. O zaman daha da çətinləşir hərşey. Səsinmi dindirər içimdəki bu ağrıları, yoxsa bir gülüşünmü unutdurar hərşeyi bilmirəm. Lakin bildiyim birşey var, nə qədər az xəyal qursan o qədər də canın az yanar. Daha az xəyal qırıqlığı yaşıyarsan. Əslində nə edsəy edəy, o günlərə qayıda bilmərik. Vaxtında çox haqsızlıq etdik o anlara, o yaşanmışlara. Həm biraz da yorğunam, artıq xoşbəxt olacaq gücdə belə deyiləm. Onun üçün artığ həyat çox mənasız və boş görünür mənə... 22:00