Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
9/10
1 Kişi
2
Okunma
1
Beğeni
107
Görüntülenme
Romandakı hadisələr iki əsas xətt üzrə cərəyan edir. Biznesdə uğurlar əldə edən dostlardan birinin səhvi hər kəsin həyatına təsir edir. İçində olan şeytani hissləri boğa bilməyən Tərlanın hərəkətləri günümüzün reallıqlarını xatırladır. O, xəyanəti yalnız onu dünyalar qədər sevən həyat yoldaşına deyil, həm də ən yaxın dostlarına edir. Heç kəsin gözləmədiyi halda baş verən qətl hadisəsi isə hətta xəyanətkarları da təəccübləndirir. Bu qətlə görə onlar mütləq cavab verməlidirlər. Məhz bu dönəmlərdə ucqar rayonların birində azyaşlı qız yoxa çıxır. Onun axtarışlarına hər kəs cəlb olunsa da, bu bir nəticə vermir. Bir aydan sonra kənddə meyit aşkar olunur. Yandırılmış qız meyiti hər kəsi çox sarsıdır. Həmin meyitin azyaşlı Səbinəyə məxsus olduğunu müəyyən edən istintaq orqanı cinayəti törətməkdə Mahiri günahkar bilərək həbs edir. İstintaq təcridxanasında Tərlanla bir kamerada saxlanılan Mahirin gələcəyi isə yalnız bir nəfərdən asılıdır. Əsərin sonunda qanunla ədalətin mübarizəsi gedir. Qanun Mahirin, ədalət isə Tərlanın taleyini müəyyən edir. Qətlə yetirilmiş qardaşının qan haqqına sahib Çiçəyin qərarları qadın qisasının fərqliliyini göstərir.
Yazar:
Müşfiq Abbasov
Müşfiq Abbasov
Tahmini Okuma Süresi: 6 sa. 21 dk.Sayfa Sayısı: 224Basım Tarihi: 2022Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952381757Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
224 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
"...Yusif çarpayıya tərəf bir-iki addım atdı. Baxdı. Lakin sadəcə arxadan onun uzun qara saçlarını görə bildi. Hiss olunurdu ki, xəstədir. Hər vəchlə üzünü görməyə çalışdı. Günlərdir villanın qarşısında gözləyirdi. İndi yaranmış şans bir də onun əlinə düşməyəcəkdi. Otağın digər tərəfinə keçdi. Lakin yenə xəstənin üzünü görə bilmədi. Yorğan onun sifətini tamam örtmüşdü. Yusif üzünü qadına tutub soruşdu: -Qızınızın neçə yaşı var?- Suala cavab almamış arxadan gələn qəfil qışqırıq səsindən diksindi. Arxaya çöndü. Çarpayıda uzanmış qız qorxunc nəzərlərlə ətrafa baxırdı. Dağılmış saçları, çuxura düşmüş gözləri dəhşət saçırdı. Yusif həyatında çox psixi xəstə görmüşdü, lakin bu qızın gözlərini heç kimdə görməmişdi..."
Qan Haqqı
Qan Haqqı
Müşfiq Abbasov
Müşfiq Abbasov
Qan Haqqı
Qan HaqqıMüşfiq Abbasov · Qanun Nəşriyyatı · 20222 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.