Qan Ləkəsi

Elxan Elatlı

Qan Ləkəsi Hakkında

Qan Ləkəsi konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

“Qan ləkəsi” romanı tanınmış detektiv ustası, vətən­pərvər yazıçı Elxan Elatlının yaradıcılığında ən iri­həcmli əsərdir. Buna baxmayaraq, birnəfəsə oxunur və indiyədək saysız-hesabsız oxucu kütləsinin qəlbini fəth etmişdir. Romanda Azərbaycan milli təhlükəsizlik orqanları əməkdaşlarının, Azərbaycan polisinin çətin və şərəfli fəaliyyətindən, düşmənlərimizin iyrənc siyasətindən, ağlasığmaz cinayətlərdən, iki güclü Azərbaycan türkü ailəsinin qanlı qarşıdurmasından bəhs olunur. Fikrimizcə, “Qan ləkəsi” romanı ədəbiyyatımızda milli birliyi təbliğ edən ən güclü əsərdir. «Get, mənim əziz Leopardım! Get, amma sənə dediklərimi də unutma! Bilirəm, sən maskalanmaqdan, başqa ad altında gizlənib, düşmənə tələ qurmaqdan açıq döyüşü daha üstün tutursan. Hətta belə döyüşlərdə dəfələrlə öz qəhrəmanlığını sübut etmisən. Mən heç inanmıram ki, təkbətək açıq döyüşdə sənə qalib gələ bilən bir igid tapılsın. Amma yadında saxla ki, sən bu cəsarətinlə, bu gücünlə aslanlarla, qurdlarla döyüşə bilərsən, ilanlarla yox! İlanla düşmən olana fiziki gücdən daha çox ayıqlıq, ehtiyatlılıq və hiyləgərlik lazımdır. Əgər bu keyfiyyətləri də fiziki gücünlə birləşdirə bilsən, əmin ola bilərsən ki, qələbə həmişə sənin olacaq!» (Məxfi şöbənin rəisi polkovnik Baratovun Leopardı kəşfiyyata göndərərkən dediklərindən. Sentyabr 1993-cü il). - Qalx ayağa, türk oğlu! Taxta döşəməyə sərilib qalmış gənc qarnına dəyən təpiyin təsirindən ayılıb gözlərini açdı. Onun qolları arxasına çatılıb sıx bağlanmış, ayaqları dizlərindən topuqlarına qədər kəndirlə sarınmışdı. Ayağa qalxmağı imkansız idi. Üstəlik, sir-sifəti qana bulaşmış, dodağı bir neçə yerdən partlamışdı. Cırılmış köynəyi qan ləkələri ilə dolu idi. Qəzəbindən ağır-ağır nəfəs alır, başının üstündə dayanmış gödək boylu, yekəqarın kişiyə və onun yanında durmuş silahlı erməni əsgərinə nifrətlə baxırdı. Yekəqarın kişi buranın, yəni gizli əsir düşərgəsinin komendantı Robert Xaçikyan idi. O, qarşısında yerə sərilmiş bu ucaboylu, qıvraq, sağlam bədənli, tanınmamaq məqsədilə nazik saqqal saxlamış gənci bir daha təpiklə vurub rişxəndlə dedi: - Ara, qalx da, qalx! Nə baxırsan? Qalxa bilmirsən, hə? Daha heç vaxt qalxa bilməyəcəksən! Göstərəcəyik sənə bizi dolamaq nə deməkdir, it oğlu it! Ağrıdan üz-gözünü turşudan gənc altdan yuxarı düşməninə baxıb: - Darıxma, vaxtı çatanda qalxacam! - dedi. Robert istehza ilə güldü: - Qalx da, qalx görüm, necə qalxırsan? Qalxa bilsən, azad edəcəm səni
Tahmini Okuma Süresi: 19 sa. 2 dk.Sayfa Sayısı: 672Basım Tarihi: 2015İlk Yayın Tarihi: 2014Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952360615Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 70.8
Erkek% 29.2
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

Yazar Hakkında

Elxan Elatlı
Elxan ElatlıYazar · 32 kitap
 Elhan Elatlı 1962 yılı, 19 aralık Azerbaycan`ın Şamahı bölgesinin Sis köyünde doğdu. Çocuk yaşlarından edebiyyata büyük ilgisi varmış. Küçük çaplı şiirler ve hikayeler yazarmış.  1980-1985  yıllarında BDU ( Bakü Devlet Üniversitesi ) mekanika-matematik bölümünü okudu. 1985-2001'li yıllarda  fizik-matematik öğretmeni, yürütmenin bölge özel temsilcisi, okul müdürü görevlerinde çalıştı. 2001 yılından beri Bakü de yaşıyor. Şimdiye kadar 14 kitabı çıktı. Bunlardan 3`ü şiir,2`si  mantlksal matematik, 9`uysa polisiye kitaplardır. "İhanet" romanından sonra polisiye türünde tanınmağa başlamışdır. Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.