Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Erast Fandorin #15

Qara Şəhər

Boris Akunin
10/10
3 Kişi
6
Okunma
3
Beğeni
389
Görüntülenme
Rus yazıçısı Boris Akuninin “Qara Şəhər” romanı Azərbaycan oxucusu üçün ikiqat maraqlı olacaq. Çünki əsərdə hadisələr Bakıda, Qara şəhərdə, Yasamalda, İçərişəhərdə, Bibiheybətdə cərəyan edir. Əsərdə köhnə Bakı təsvir edilir. Hiss olunur ki, müəllif o dövrü, Bakının ictimai-siyasi, demoqrafik durumunu, neft fəvvarələri ilə varlanmış şəxslərin təmtəraqlı həyatını yaxşı öyrənib. Bundan başqa, əsərdə Bakının Rusiyanın ucqar bir əyalət şəhəri olduğu, burada yaşayan ermənilərlə azərbaycanlıların münasibətləri dolğun şəkildə təsvir olunub. Aydın olur ki, Bakı Rusiya imperiyasının ucqar şəhəri olsa da, buradakı həyat Moskva, Peterburq və Tiflisdəkindən də bahalıdır. Burada milyardlar dövr olunur, ona görə də istər imperiyanın özünün, istərsə də xarici dövlətlərin diqqət mərkəzindədir. O dövrdə yeni-yeni təşkilatlanan inqilabçı partiyalar da Bakıdakı milyonlardan öz nəsiblərini almaq, buradakı fəhlə sinfinin gücündən istifadə etmək istəyirlər. Əsərin qəhrəmanı Erast Petroviç Fandorin Bakıya bacarıqlı və ələkeçməz bir inqilabçı-terrorçunu zərərsizləşdirməyə gəlir və elə qatardan endiyi andan etibarən başına ardı-arası kəsilməyən macəralar gəlir. “Qara Şəhər” romanının ən maraqlı obrazlarından biri qoçu Qara Qasımdır. O, Fandorini ilk gündən son gününəcən müşayiət edir və sonda əsərin ən gözlənilməz personajı olduğu bilinir. Böyük ehtimalla əsərin rezümesi olaraq gəlinən qənaət heç bir tarixi sənədə əsaslanmır və sırf yazıçı təxəyyülünün məhsuludur, amma əsərdən belə anlaşılır ki, I Dünya müharibəsinin başlanmasının başlıca səbəbi Qara Qasımın bir hərəkəti olub. O bunu etməsə, dünya müharibəsinin qarşısı alınacaqmış... Bunu bilməkdən ötrü “Qara Şəhər”i oxumaq lazımdır.
Yazar:
Boris Akunin
Boris Akunin
Tahmini Okuma Süresi: 12 sa. 42 dk.Sayfa Sayısı: 448Basım Tarihi: 2019Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952367584Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
448 syf.
·
Puan vermedi
Ümumiyyətlə kitabı oxuduğum müddətdə bir çox toxunulmuş mövzular məni düşündürdü. Sonda isə çox peşəkar dedektif obrazı yaradıldı lakin həmin qəhrəman sona qədər mübarizə apara bilmədi və məğlub oldu.
Qara Şəhər
Qara ŞəhərBoris Akunin · Qanun Nəşriyyatı · 20196 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.