Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qaranlıq və işıq haqqında dərs

Simon Stranger

Qaranlıq və işıq haqqında dərs Gönderileri

Qaranlıq və işıq haqqında dərs kitaplarını, Qaranlıq və işıq haqqında dərs sözleri ve alıntılarını, Qaranlıq və işıq haqqında dərs yazarlarını, Qaranlıq və işıq haqqında dərs yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Gülüş heç də müharibənin ilk deyil, son qurbanlarından idi. Çünki gülüş əsirlərə iliyə işləyən inamsız baxışların öhdəsindən gəlməyə, onların gözlərinə həyat işartısı, üzlərinə isə daha rahat ifadə bəxş etməyə kömək edirdi, qeyri-müəyyən şəkildə mərhəmət hissinin mövcudluğunu onlara xatırladırdı.
Düşərgədə ailə üzvlərinin üzlərindəki hər bir detalı xatırlamağa çalışırsan, amma getdikcə simalar daha dumanlı, daha qeyri-müəyyən olur. Elə bil, bu düşərgə insan yaddaşını tədricən, həftə-həftə, ay-ay, heç bir xatirə qalmayana kimi silən maşındır. Sonra sənə tərdən və əməkdən başqa heç nə qalmır.
Sayfa 17 - Qanun NəşriyyatıKitabı okuyor
Reklam
Yəhudi adətinə görə hamı iki dəfə ölür. Birinci ölüm ürək döyüntüləri dayananda, beyin öləndə baş tutur, işıqları qəfildən sönən bir şəhər kimi. İkinci ölüm isə əlli, yüz, dörd yüz il keçəndən sonra mərhumun adı son dəfə çəkiləndə, xatırlananda, dilə gətiriləndə baş verir. Ancaq onda adam həqiqətən yoxa çıxır və adı bu dünyadan silinir.
Sayfa 7 - Qanun NəşriyyatıKitabı okuyor