En Eski Qarlı Aşırım kitaplarını, en eski Qarlı Aşırım sözleri ve alıntılarını, en eski Qarlı Aşırım yazarlarını, en eski Qarlı Aşırım yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Quşlar yazıq məxluqdu. Xüsusən də gözəl quşlar. Şöhrətləri də böyükdür bəlaları da. Hamı kəklik, qırqovul əti yemək istəyir. Sərçə heç kimin yadına düşmür."
"Canavar balasını saxlayıb qoyun südü ilə bəsləmək, ona quzu xasiyyəti verməyə çalışmaq əbəsdir. Canavardı, böyüyəndə südünü əmdiyi qoyunu parçalayacaq."
"-Allaha inamırsan da!
-İnanmıram!
-Niyə?
-Mənim yaşımdan anam əllərini Allaha qaldırıb yalvarır, xoş gün istəyirdi. Heç bir şey çıxmadı.
-Bəs bu ağ gün necə gəldi?
-Hanı ağ gün? Hə, indini deyirsən? Onu özümüz gətirdik".
"Başınıza bir bəla gələndə hərəniz tərs öküz kimi bir yana çəkilməyin. Sabah o müsibət sizlərdən birinin başına gələ bilər. Bir-birinizin qədrini bilin".