Qılınc və Qələm

Məmməd Səid Ordubadi
“Klassiklər” seriyasında bu dəfə Azərbaycan yazarının əsəri nəşr edildi. İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu «Qılınc və qələm» romanı Məmməd Səid Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılmışdır. Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışmış, xalq həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq «Qılınc və qələm» adlandırılmışdır. Zəngin surətlər qalereyası ilə diqqəti cəlb eləyən romanda ilk sətirlərdən oxucuya xoş gələn cəhət müəllifin özünə məxsus bir məhəbbətlə qəhrəmanların düşdüyü vəziyyəti təsvir etməsidir. Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin süjet xətti ətrafında birləşdirən, oxunaqlı və yığcam quruluşlu «Qılınc və qələm», şübhəsiz, Ordubadi yaradıcılığında mühüm yer tutan, Nizami və dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır.
Author:
Məmməd Səid Ordubadi
Məmməd Səid Ordubadi
Estimated Reading Time: 17 hrs. 27 min.Page Number: 616First Publication Date: 2005Publisher: Əli və Nino Nəşriyyatı, Qanun Nəşriyyatı
ISBN: 2000050867965Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak

Comments and Reviews

See All
761 syf.
8/10 puan verdi
·
Read in 7 days
Qılınc və Qələm
Həcmi böyük olan əsərlərə qarşı qorxu olur çox vaxt, oxumağa çəkinir, cəsarət etmirik uzun zaman. Ya sona qədər oxumağa səbrim çatmazsa, ya yarımçıq qoyaramsa... Özüm üçün deyirəm, ən nifrət etdiyim şeylərdən biridir kitabı yarımçıq oxumaq. Bu günə qədər cəmi bircə əsəri yarım qoymuşam, tamamlamağı da düşünmürəm, bunun da müəyyən səbəbləri var.
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005200 okunma
Reklam
761 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 25 hours
Kitab 12-13-cü əsrlər Azərbaycanından bəhs edir. Əsərin girişində Azərbaycan xalqı ağır bir müharibədən sonra qəbələni qeyd edir. Lakin müharibənin ağır təsirləri, müharibədə itirdikləri yaxınları xalqı sevinməyə qoymur. Qələbə qazanan tərəf Azərbaycan olsa da, yenə də zərər çəkən Azərbaycan xalqı olur. Kitabın davamında isə Azərbaycan şairləri, hökmdar və xalq arasındakı münasibətlər təsvir olunur. Bunu 2021ci ildə Böyük Vətən müharibəsindən sonra oxumaq insana çox maraqlı təsir bağışlayır, sanki 1946cı ildə yazılmayıb, 12ci əsrdən də bəhs etmir.
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005200 okunma
624 syf.
8/10 puan verdi
·
Read in 10 days
Ordubadinin oxuduğum ilk əsəri, özünün isə yazdığı sonuncu tarixi romandır. Qılınc və qələm simvolik olaraq sərkərdənin timsalında Fəxrəddinin (Qılınc) və şair Nizami Gəncəvinin (Qələm) yaşadığı mühitdə birgə mübarizələrindən bəhs edir. Qılıncsız qələmin, qələmsiz qılıncın bacara bilmədiyini, gücün hər ikisinin birgə mübarizəsində mövcud olmasını
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri · 2021200 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.