- Ey sevgili yar, üstündə gözəl söz olmaz?
- Neyləyəcəksən gözəl sözü?
- İçimdəki nifrət dolu sözləri yandıracağam.
Hə dostlar, bu gün sizə #DüşünməkAdlıDünya kitabının müəllifi #ZaurCahangirovun #QırmızıAyaqqabı kitabından bəhs edəcəyəm.
Kitab haqqında deyə bilərəm ki, çox axıcıdır. Və axıcı olduğu qədər də düşündürücüdür. İnsanı daxili dünyasına səyahətə aparır və düşünməyə sövq edir. Yazıçı kitabın bu hissəsində çox gözəl ifadə edib:
"Bizə açıq qapılar üçün açar lazım olmur. Bəzən açıq qəlb, bəzən açıq əl, bəzən açıq #düşüncə köməyimizə çatır..."
Əsərdə hekayələrdən və alıntılardan çox istifadə oxucunu yormur, əksinə hekayələri oxuduqca bir yox, bir neçə həyatla tanış oluruq. Və həmin hekayələrə #Zaur bəyin şəxsi münasibətini, onları necə təhlil etdiyini görürük.
Yaxşı bəs #QırmızıAyaqqabı kitabı bizə nələri vəd edir
1. Güclü motivasiya
2. Düşünmək bacarığı
3. Ünsiyyətimizi təkmilləşdirməyin maraqlı yolları
Kitab haqqında çox yazmaq olar. Sadəcə alın və oxuyun.
Və sonda...
Hər birimizin "Qırmızı ayaqqabı"sı fərqli ola bilər amma sevgi hər birimizin "Qırmızı ayaqqabı"sı olmalıdır.
Sən bu kitabla bizi güldürdün, bəy. Allah da səni güldürsün.
#aytacmm #zaurizm #qırmızıayaqqabı