Qırmızı Ayaqqabı

Zaurizm

Yorumlar ve İncelemeler

Tümünü Gör
142 syf.
10/10 puan verdi
- Ey sevgili yar, üstündə gözəl söz olmaz? - Neyləyəcəksən gözəl sözü? - İçimdəki nifrət dolu sözləri yandıracağam. Hə dostlar, bu gün sizə #DüşünməkAdlıDünya kitabının müəllifi #ZaurCahangirovun #QırmızıAyaqqabı kitabından bəhs edəcəyəm. Kitab haqqında deyə bilərəm ki, çox axıcıdır. Və axıcı olduğu qədər də düşündürücüdür. İnsanı daxili dünyasına səyahətə aparır və düşünməyə sövq edir. Yazıçı kitabın bu hissəsində çox gözəl ifadə edib: "Bizə açıq qapılar üçün açar lazım olmur. Bəzən açıq qəlb, bəzən açıq əl, bəzən açıq #düşüncə köməyimizə çatır..." Əsərdə hekayələrdən və alıntılardan çox istifadə oxucunu yormur, əksinə hekayələri oxuduqca bir yox, bir neçə həyatla tanış oluruq. Və həmin hekayələrə #Zaur bəyin şəxsi münasibətini, onları necə təhlil etdiyini görürük. Yaxşı bəs #QırmızıAyaqqabı kitabı bizə nələri vəd edir 1. Güclü motivasiya 2. Düşünmək bacarığı 3. Ünsiyyətimizi təkmilləşdirməyin maraqlı yolları Kitab haqqında çox yazmaq olar. Sadəcə alın və oxuyun. Və sonda... Hər birimizin "Qırmızı ayaqqabı"sı fərqli ola bilər amma sevgi hər birimizin "Qırmızı ayaqqabı"sı olmalıdır. Sən bu kitabla bizi güldürdün, bəy. Allah da səni güldürsün. #aytacmm #zaurizm #qırmızıayaqqabı
Qırmızı Ayaqqabı
Qırmızı AyaqqabıZaurizm · Akademisyen Yayınevi · 20236 okunma
Reklam
142 syf.
8/10 puan verdi
"Qırmızı Ayaqqabı" nə vəd edir?! Güclü motivə, düşündürücü kəlamlar və texnikalar. Həyat bacarıqlarına aid texnikalar. Əsər həm təhkiyə, həm hekayədir. Həm motivasiya nitqi, həm nağıldır. Zənnimcə Zaurizm kitabda hər şeydən yazaraq kitabın janrını, növünü "Hər şey" olaraq qərarlaşdırıb. İlk baxışdan hikmətli hekayələr toplusuna bənzəyir. Ancaq oxuduqca Zaur bəyin həmin hekayələrə şəxsi yanaşmasını və onları təhlil etməsini görürük. Bir neçə tənqidi fikrim olsa da, kitabın insanlara qazandıracaqları yanında bu tənqidlər yersiz və absurd qalır. Ona görə də məncə bu kitab oxunmalıdır. Hələlik, gözəlim...
Qırmızı Ayaqqabı
Qırmızı AyaqqabıZaurizm · Akademisyen Yayınevi · 20236 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.