Qırmızı Terror

Ziya Bünyadov

Qırmızı Terror Sözleri ve Alıntıları

Qırmızı Terror sözleri ve alıntılarını, Qırmızı Terror kitap alıntılarını, Qırmızı Terror en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Yusif Vəzirov 1940-cı il yanvarın 27-də Özbəkistan SSR-in Urgənc şəhərindəki pedaqoji institutda müəllim işlədiyi vaxt həbs olunmuş və Ba­kıya gətirilmişdir. 1940-cı il fevralın 13-də Y.Vəzirov birinci dəfə istintaq edilmişdir. Bu­rada müttəhimin 1937-ci ilədək olan tərcümeyi-halı dəqiq və ətraflı təhlil olunmuşdur. O vaxt Y.Vəzirov «Studentlər» romanına görə Azərbaycan Yazıçılar İttifaqından çıxarılmış, bütün vəzifələrdən götürülmüş və işsiz qaldığına görə Urgəncə getmişdi.
"Külək" yaradanlar özləri də fırtınaya düşməli idilər...
Reklam
Yusif Vəzir Çəmənzəminli.
1937-1938-ci illərdə repressiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərinin verdikləri ifadələr əsasında 1940-cı il yanvarın 25-də Vəzirov Yusif Mirbaba oğlunun həbs olunması haqqında qərar çıxarılmışdır.
Biz ancaq Bakıdan danışırıq! Kim deyə bilər ki, Azərbaycanın kənd rayonlarında bu fövqəladə Üçlüklərin Xüsusi iclasla­rının qərarları ilə neçə min günahsız məhv edilmişdir? Xüsusi düşərgələrə sürgün edilmiş "xalq düşmənləri"nin ailə üzvlərinin təxmini sayını kim deyə bilər?
İlk sovet həbs düşərgələrinin də qurbanları bizim xalqın qeyrətli oğul­ları, azadlıq cəfakeşləri olublar.
Tarixən dəyirman daşını həmişə bizim başımızda fırladıblar.
Biz, doğrudan da, böyük xalqıq. Bu qədər qırıb-töküblər, kəsib-biçiblər, əsir-yesir eləyiblər, çürüdüblər, çərlədiblər, yenə də məhv olmamışıq.
Reklam
14 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.