Qırmızı Terror

Ziya Bünyadov

Qırmızı Terror Gönderileri

Qırmızı Terror kitaplarını, Qırmızı Terror sözleri ve alıntılarını, Qırmızı Terror yazarlarını, Qırmızı Terror yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Biz, doğrudan da, böyük xalqıq. Bu qədər qırıb-töküblər, kəsib-biçiblər, əsir-yesir eləyiblər, çürüdüblər, çərlədiblər, yenə də məhv olmamışıq.
Biz vərəqələr vasitəsilə Azərbaycan xalqını elə hazırlamaq istəyirdik ki, alman qoşunları Azərbaycanın sərhədinə yaxınlaşanda onları öz silahlı qüvvələrimizlə dəf edək və sonra da burada müstəqil milli dövlət elan edək. Çünki başqa cür Azərbaycanı SSRİ-dən ayırmaq mümkün olmazdı.
Sayfa 270Kitabı okudu
Reklam
Biz qızıl qəfəs içində suni mahnılar oxuyan bülbülü yox, gözəl bahar bağında əlvan çiçəklər içində incə, zərif rübailer tərənnüm edən bülbülü dinləmək istəyirik.
Sayfa 281Kitabı okudu
Yusif Vəzirov 1940-cı il yanvarın 27-də Özbəkistan SSR-in Urgənc şəhərindəki pedaqoji institutda müəllim işlədiyi vaxt həbs olunmuş və Ba­kıya gətirilmişdir. 1940-cı il fevralın 13-də Y.Vəzirov birinci dəfə istintaq edilmişdir. Bu­rada müttəhimin 1937-ci ilədək olan tərcümeyi-halı dəqiq və ətraflı təhlil olunmuşdur. O vaxt Y.Vəzirov «Studentlər» romanına görə Azərbaycan Yazıçılar İttifaqından çıxarılmış, bütün vəzifələrdən götürülmüş və işsiz qaldığına görə Urgəncə getmişdi.
Yusif Vəzir Çəmənzəminli.
1937-1938-ci illərdə repressiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərinin verdikləri ifadələr əsasında 1940-cı il yanvarın 25-də Vəzirov Yusif Mirbaba oğlunun həbs olunması haqqında qərar çıxarılmışdır.
Azərbaycanda 30-cu illər repressiyası dövründə təkcə milli elmi kadr­lar, şair və yazıçılar, incəsənət xadimləri, hərbçilər və xalq təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslı mütəxəssislər aradan götürülmürdü. Azərbaycanlı oğul və qızlarımızla yanaşı, Bakıda doğulub yaşayan və Sovet İttifaqının müxtəlif yerlərindən işləməyə dəvət olunan istedadlı, yüksək ixtisaslı rus, yəhudi, tatar və eləcə də digər millətlərin nümayəndələri də repressiyaya məruz qalırdılar.
Reklam
14 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.