Tahmini Okuma Süresi:
7 sa. 42 dk.
Sayfa Sayısı:
272
Basım Tarihi:
1990
Yayınevi:
Yazıçı Nəşriyyatı
Orijinal Adı:
Qisas
Orijinal Dil:
Azerbaycanca
Orijinal Ülke:
Azerbaycan
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

6/10
·160 syf.··
Beğendi
·
2016 58. kitabı
·
20 saatte okudu
·
Okunma: 31 Mayıs 2016 18:08
Güzel bir hikaye ancak zayıf bir polisiye. Olayın çözümünde polisin bir numarası yok. Ancak ahlaki bir takım meselelere iyi dokunmuş. Kahramanlardan birinin günlüğünün okunması olayı aydınlatıyor. Ancak polis hala katile ulaşamıyor. Katil kendisini bir mektupla açığa vuruyor, o zaman bile adam intihar etmeden yetişemiyorlar.
İntikamTahir Kazımov · Sam Yayınları · 201012 okunma
Puan vermedi·160 syf.··
2023 19. kitabı
"Qisas" əsərinin əsas qəhrəmanları mürəkkəb psixoloji dünyaya malikdir və onların taleyi insanı dərin düşüncələrə sövq edir. Hər biri həyatın sərt üzünü görmüş, çətin seçimlər qarşısında qalmış və nəticədə fərqli yollarla "qisas" anlayışını yaşamış insanlardır.. Kitabda insan taleləri, ədalət axtarışı və həyatın sərt həqiqətləri çox real şəkildə təsvir olunub. Əsərin əsas kişi obrazlarından biri Əhməddir. Əhmədin həyat yolu və qarşılaşdıgı çətinliklər əsərin əsas xəttini təşkil edir. Əhməd, həyatın çətinlikləri ilə mübarizə aparan, ədalət və qisas arasında qalan bir şəxsdir. Onun ədalət axtarışı, daxili mübarizəsi və verdiyi qərarlar insanı dərindən düşündürür.. Əsərin əsas qadın obrazları Zülfüyyə və Ülviyyədir. Hər ikisi çətin həyat yolu keçib, fərqli xarakterlərə malikdir və onların seçimləri, qarşılaşdıqları ədalətsizliklər romanın dramatik yükünü artırır. Dünyaya baxışları fərqli olan bu iki qadınıın ortaq tərəfləri, hər ikisi həyatın çətinlikləri ilə üzləşməsidir. Əsəri oxucuduqca sadəcə bir müşahidəçi kimi yox, sanki o hadisələrin içindəymiş kimi hiss etdim..
İntikamTahir Kazımov · Sam Yayınları · 201012 okunma

Yazar Hakkında

Tahir KazımovYazar · 2 kitap
Tahir Şirin oğlu Kazımov 1942-ci ilin aprelin 27-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1965-ci ildən bədii yaradıcılıqla məşğuldur. O, 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Daxili İşlər Nazirliyinin akademiyasında təhsil alıb. 1967-1997-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Bədii yaradıcılığa gənc yaşlarından başlamış, hərbi xidmət etdiyi Moldova SSR haqqında qələmə aldığı oçerklə yazıçılıq fəaliyyətinə başlayıb. Əmək fəaliyyətinə "Ulduz" jurnalında ədəbi işçi kimi başlayan gənc yazar 1969-cu ildə komsomolun Mərkəzi Komitəsinin təqdimatı ilə Azərbaycan SSR Daxili İşlər Nazirliyinə xidmətə göndərilmişdir. Bir il sonra (1970) "Əmək rəşadəti" adlı publisistik kitabı çap edilib. Hələ daxili işlər orqanında işlədiyi vaxtlarda "Səsin sehri", "Qəfil ezamiyyət", "Qisas", "Taleyin qisməti beləymiş yəqin" və s. povest və romanları yüksək tirajla çap olunaraq oxucular tərəfindən maraqla qarşılanıb. Azərbaycanda iki dəfə böyük tirajla çap olunan "Qisas" romanı türk və özbək dillərinə tərcümə edilərək ölkədən kənarda dəfələrlə nəşr olunub. Müəllifin üç kitabdan ibarət olan "Müsibət" romanı iştirakçısı olduğu Qarabağ münaqişəsindən bəhs edir. Həmçinin altı kitabdan ibarət "Talelərini özləri yazanlar" adlı roman-epopeyada milli və xarici ölkələrin tarixi qaynaqlarına istinad edərək erməni xəyanətini bədii-tarixi müstəvidə yazıb. Sonradan "Səsin sehri" povesti Xalq artisti Ağakişi Kazımov tərəfindən səhnələşdirildi. Bu pyes bir müddət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılıb.