Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Qisasın Ölçüsü

Çingiz Abdullayev

Qisasın Ölçüsü Gönderileri

Qisasın Ölçüsü kitaplarını, Qisasın Ölçüsü sözleri ve alıntılarını, Qisasın Ölçüsü yazarlarını, Qisasın Ölçüsü yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
...meyidlər görmüş və insana atəş açmağına necə sadə və asan olduğunu bilirdi. Bir dəfə bu həddi keçmiş insanlar,evə qayıtdıqdan sonra,daha əvvəlki adam ola bilmirdilər.Qan iyi onları başqa adama çöndərirdi.
Onda,nə üçün o zamanlar heç kim rüşvət almırdı, indi isə hamı istinasız olaraq rüşvət götürür? O,bu problem üzərində uzun-uzadı baş sındırdı. Hələlik bir qərara gələ bilmirdi. İngiltərədən gəlmiş bir qohumu nəql edirdi ki, orada polislər ödəmə və muzdun bu, qeyri-ənənəvi forması haqqında fikirləşməyi belə ağıllarına gətirmirlər. Və istənilən belə bir təklifə görə insanlar dərhal cəzalandırılırlar. Belə çıxırdı ki,ingiltərəli polislər türkmən milislərindən daha vicdanlı və namusludurlar. Belə çıxırdı ki, ingilis polisləri onun həmvətənlərindən daha yaxşıdırlar. Buna inanmaq çətin idi və o yenidən bu haqda düşünərək,fikrə qərq oldu. Hələlik isə, cavab onun üçün aydın deyildi. Birdən o,baş verənləri anladı.İş, ingilis sərhədçiləri və ya gömrükçülərinin türkmən gömrükçüləri və milislərindən daha çox vicdanlı və yaxşı olmasında deyildi. Və iş,həm də, əllinci illərdə nəhəng ölkənin gömrükxanalarında, səksəninci illərə nisbətən, daha vicdanlı insanların işləməsində deyildi. İş yalnız bir şeydəydi. O da gömrük əməkdaşlarının öz Vətəninə,cəmiyyətə,öz xidməti vəzifəsinə olan münasibətində idi.
Reklam
Səndə daxili gözəllik var. Əgər bilmək istəyirsənsə,bu,analara məxsus gözəllikdir.