Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qəlbinə Sığdırdığın Dünya Böyüsün!

Kolektif

Sözler ve Alıntılar

Tümünü Gör
Sən necə də gözəl bir yazısan...
"Yadındadırmı, bir dəfə əyləncə mərkəzlərindən birində növbəyə durmuşdun. Əlində mənim verdiyim pul vardı, oyun kartı alacaqdın. Kassanın yanında bir yardım qutusu qoyulmuşdu. Üstündə gülümsəyən azyaşlı bir qız şəkli vardı. Şəklin altına vurulmuş kağızda qızcığazın ağır xəstəlikdən xilas olması üçün insanların köməyinə ehtiyacı olduğunu bildirilirdi. Sən yazını oxudun. Mən kənardan sənə göz qoyurdum. Oxuyub qurtaran kimi tutuldun, gözlərin nəmləndi, əlindəki pulu qutuya atıb yanıma gəldin. Artıq oyun üçün həvəsin qalmamışdı. O epizodu həyatımın sonuna kimi unutmayacağam, qızım. Həmin an səni kəşf etmişdim, duyan bir qəlb daşıdığına şahid olmuşdum. Yeni planet kəşf edən bir alim məni görsə, öz kəşfini unudar, sevincimə qibtə edərdi, bəlkə də. Sən həmişə belə ol, hiss edərək yaşa, bir təbəssümlə də olsa, məlhəm olmağa çalış. Qəlbinin qatılaşmasına heç vaxt imkan vermə, qızım."
Sayfa 21 - Libra Kitab - Vüqar Adilov'un məktubuKitabı okudu
"Xoşbəxtlik nə sənin yeriməyində, nə də mənə "ana" deyib səslənməyində idi. Sənin varlığın, qucağımda, qollarımın arasında olmağın, isti nəfəsin, səssizliyində dünyanın ən gözəl nəğmələri səslənən o mavi gözlərin idi xoşbəxtlik..."
Sayfa 24 - Libra Kitab - Elnarə Məmmədli'nin məktubuKitabı okudu
Reklam
"Ömrün vəfası yoxdur, qızım!"
Sayfa 19 - Libra Kitab - Vüqar Adilov'un məktubuKitabı okudu
"Amma çalışın, ətrafınızdakı yaxşı insanlardan nümunə götürün, pislərdən deyil."
Sayfa 30 - Libra Kitab - Əfsanə Ağayeva'nın məktubuKitabı okudu
"Yaşamaq, hər şeyə rəğmən, qəlbindəki hüzuru, ümidi itirməməyi, bəzən sevməyin və sevilməyin ecazına qapılıb dünyadan qopmağı, sevincinə sahib çıxmağı, qalib gəldiyin kimi, məğlub olmağı, şübhələrin əlindən tutub yəqinə çatmağı, özünlə barışmağı və özünlə xoşbəxt olmağı bacarmaq deməkdir."
Sayfa 27 - Libra Kitab - Pərvin Nəsirsoy'un məktubuKitabı okudu
"Mənim üçün həmişə belə olacaq. Böyüsən də, mənim üçün həmişə balacasan. Amma sən böyü, qızım. Qəlbinə sığdırdığın dünya böyüsün, uğurlarının miqyası böyüsün, amma nifrətin, kinin böyüməsin. Qəlbin bir günəş olsun, bacardığın qədər hər yeri isit."
Sayfa 21 - Libra Kitab - Vüqar Adilov'un məktubuKitabı okudu
Reklam
"Bilirsiniz, bu ayrılıqda nə anladım? Mən sizi buraxıb gedə bilmirəm. Siz məni bu həyata bağlayan iki möhkəm bağsınız. Həyatımsınız mənim. Sizin gözləriniz güləndə mənim gözlərim gülür. Sizin dünyanız şən olanda mənim dünyam rənglənir. Siz varsınız deyə mən varam. Və...siz varsınız."
Sayfa 30 - Libra Kitab - Əfsanə Ağayeva'nın məktubuKitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.