Adəm Məmmədov - “Qətlin sonu”
Bütün ömrünü türmədə keçirən, şeytanı belə çaş-baş salacaq qədər qəddar bir adam, mərhəmət və insanlıqdan xəbəri olmayan Rəfail. Cinayətlər, dələduzluqlar, soyğunçuluq - hər dəfə azadlığa çıxıb, yenidən eyni bataqlığa düşən biri. Bir gün eşidir ki, azadlıqda olduğu vaxtlar münasibəti olduğu qadın – Raya – artıq Mikayıl adlı biri ilə sevgilidir. Azadlığa çıxmağına az qalmış, Mikayılə zəng edib Rayadan uzaq durmağını tələb edir. Mikayıl isə bunu ciddiyə almır. Amma bu zənglərin, təhdidlərin ardı-arası kəsilmir. Rəfail nəhayət azadlığa çıxır və birbaşa Mikayılı tapır. Görüşüb üzbəüz danışmağı və yalnız pul qarşılığında onlardan uzaq duracağını deyir. Mikayıl da tam razı olmasa da, görüşə gəlməyi qəbul edir. Bu zaman Rəfail ehtiyatını əldən vermir və Musa adlı bir dostunu da yanına çağırır. Amma ona Mikayılı başqa cür təqdim edir – guya Mikayıl böyük vəzifəli, təhlükəli biridir, guya ondan pul almaq lazımdı, və s. Musa da inanır və hətta özü ilə silah da götürüb gəlir. Görüş vaxtı gəlir. Mikayıl da Musadan xəbərsiz, əli boş, silahsız gəlir. Gərgin mübahisə zamanı qəfildən iki atəş səsi eşidilir. Musa və Mikayıl hadisə yerindən uzaqlaşır. Rəfail isə ölüb…
Kitab yazıçının hüquqşünas kimi real həyatda icraatında olmuş işlərə əsaslandığını və işlərin təfərrüatlarına bədii forma verərək, oxuculara bir hekayə kimi təqdim etmək istəyi göz önündədir. Kitab boyunca bir neçə hekayəni - vəkilin daha əvvəl açmış olduğu bir sıra işləri, prosesləri, bəzən də bu işlərdə üzləşdiyi haqsızlıqları, şər atmalarla mübarizəsini oxuyuruq. Bununla yanaşı, bəzi şəxslərin vəzifə səlahiyyətindən sui-istifadə edərək ədaləti necə pozduqları, insanları necə haqsız yerə ittiham etdikləri də vurğulanır. Oxucuya hüquqları barədə çox şey öyrədir, marifləndirici məqamlarla