Qubanın Qonaqkəndi və Zəfər salnaməsi

Pərviz Aslanov

Qubanın Qonaqkəndi və Zəfər salnaməsi Quotes

You can find Qubanın Qonaqkəndi və Zəfər salnaməsi quotes, Qubanın Qonaqkəndi və Zəfər salnaməsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
1933-cü ildə Qonaqkənd rayonu təşkil olunanda bu ərazidə 19 sovetlik, 51 kənd, 43 kolxoz olmuşdur. 1959-cu ilin 4 dekabrında SSRİ Nazirlər Sovetinin qərarı ilə Qonaqkənd rayonu ləğv edilərək Quba rayonunun ərazisi ilə birləşdirilmişdir. Qonaqkəndə 1964-cü ildən şəhər tipli qəsəbə statusu verilmişdir. Qonaqkənd qəsəbəsi Qubadan - rayon mərkəzindən 46 kilometr uzaqlıqda, Cimi çayının sağ və sol sahillərində yerləşir.
Təngəaltı.
Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Kəndin adının mənası "dağ arası yer" deməkdir. Böyük Qafqaz dağlarının şimal yamacında iki dağ arasından Vəlvələ çay keçir. İki dağ arasından keçən yol, sıldırım qayalar, yaşıllıqlar içindən axan çay, meşə bu kəndin mənzərəsini füsunkar edir. Sıldırım qayalıqda "Qaçaq Mayıl"ın mağarası diqqət çəksə də, oraya çıxmaq peşəkar dağçıların işidir.
Reklam
Quba qədimdən bəri simvoluna çevrilən almaları ilə tanınır. Bundan başqa Quba tanınmış xalçaçılıq mərkəzidir. Rayonun ətrafında çoxlu memarlıq abidəsi var. Bir vaxtlar bura tanınmış fransız yazıçısı Aleksandr Düma, yazıçı Bestujev Marlinski, tanınmış Norveç alim-səyyahı Tur Xeyerdal səfər ediblər. Quba bu gün də dünyanın hər yerindən gələn qonaqlara qapılarını qonaqpərvərliklə açır.
Qonaqkənd adının yaranma tarixi çox qədimlərə gedib çıxır. Həmin yaşayış yerinin adının yaranması barədə dəqiq məlumat olmasa da, ehtimal oluna bilər ki, Qonaqkənd tarix boyu strateji mərkəz olmuşdur.
XV əsrin 70-ci illərində Azərbaycan Ağqoyunlu dövlətində səfir olan italyan Amvorsi Kontarini 1475-ci ildə Təbrizdən - Həsən Ağqoyunlunun sarayından öz ölkəsinə qayıdarkən, Dərbənd yaxınlığında "türklər yaşayan gözəl bir şəhərə" çatdığını qeyd edir. Onun məlumatında həmin şəhərdə saysız-hesabsız meyvə ağaclarının, xüsusilə almanın bol olduğu bildirilir. İtalyan səfirinin adını çəkmədiyi həmin yer Azərbaycanın Qubasıdır.
Qonaqkənd.
Alasan ananın xeyir-duasın, Bir az da udasan dağlar havasın. Sağaldır şirin söz, insan yarasın, Ağsaqqallar əhvalımı soranda, Bəxtəvərəm Qonaqkənddə olanda.
Elxan İlhamoğlu.Kitabı okudu
Reklam