Relslər Üzərinə Uzanmış Adam

Rövşen Abdullaoğlu

High Rated Relslər Üzərinə Uzanmış Adam Reviews

You can find High Rated Relslər Üzərinə Uzanmış Adam quotes, high rated Relslər Üzərinə Uzanmış Adam book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.

Score

9.2Out of 10
467 People · 72 Review
424 syf.
10/10 puan verdi
·
Read in 28 days
Relslər üzərinə uzanmış adam... Deyəcək söz tapmıram. Tək kəlimə ilə Mükəmməll. Ted (Dorian) və Faruqun söhbətləri, Əmin və Adriananın, Cekob və Abigeylin sevgisi... Kitabın təsirindən çıxmaq heç də asan olmayacaqmış kimi görünür. Təkrar təkrar rəfdən alıb oxuyacağım, mənə hər dəfə oxuyanda mütləq bir şey qazandıracaq kitablardan. Tövsiyə edirəm. Oxumayanlar mütləq oxumalıdı. Bu kitabdan da qazanılacaq çox şey var.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
399 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 7 days
Həyatın mənasız, ağır yükünə tab gətirə bilməyən iki həmrelsin relslər üzərinə uzanaraq gələn ölüm qatarını gözləməsi ilə başlayar hər şey.. Əsərin hissələri bir-birinə elə əsrarəngiz rabitə ilə bağlanıb ki, insan həqiqətləri öyrəndikcə qəribə hisslər keçirir. Onların qatarı gözlədikləri zaman ərzində dərin, hələdə tam cavabı təsdiqlənməmiş (hər nə təsdiqlənsə də düzgündür demək deyil, daha heç kəs ali həqiqətdən xəbərdar deyil) mövzulara yürütdükləri fəlsəfi fikirlər, toxunduqları həyati məqamlar, real və sarsıdıcı həyat hekayələri.. Hamısı əsəri daha da gözəlləşdirir. Araya girən və əsərin məzmununun böyük hissəsini əhatə edən sevgi hekayəsində də balkanlarda siyasətçilərin serb, xorvat, bosniya millətlərini mənasız və siyasi mövzularla aralarını pozaraq təşkil etdikləri söz üstündə "milli" sonradan din bəhanəsi üstündə qurulan axmaqcasına müharibənin şahidi oluruq. Müsəlmanlara olunan əzablar (xüsusilə də qadınlara), işgəncə düşərgələri, milliyyətcilik şüarları artıq insanlığın öldüyünü göstərir. Və bu kitab mərhəmət və sevgi kimi ülvi hisslərin bütün şərlərə, müharibələrə və çətinliklərə qalib gələ biləcəyini Dünyaya bir daha sübut edir. Qəti şəkildə oxumağınızı tövsiyə edirəm.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
Reklam
407 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 6 days
Rövşən Abdullaoğlunun artıq 2-ci əsərini oxumuş oldum bu kitabla.Hər ikisində də müəllif insan ürəyinin ən incə tellərinədək nüfuz edir, onu böyük hüzünə qərq edir... Bu kitabda isə mən bir daha bütün dövrlərdə qadın olmanın bu ağır həyatda ən böyük çətinlik olduğunu dərk etdim... Əmin sən isə çoox mükəmməl xarakter idin. Adriananı bu həyatda yalnız sənin ümman, həqiqi sevgin yaşada bilrədi və yaşatdıda.Ən çox təsirləndiyim isə atanın sənin haqda dediyi söz- "Mən onu görmüşdüm, məni yalnız buraxmadığından xəbərim var" deməsi oldu ancaq sən bunu bilmədin... Əsər insanda böyük təsir buraxır, insana insan olduğunu , insanlığı sorğuladır. Amansız müharibənin törətdiyi qırğınların, təcavüzlərin günahsız insanların həyatında açdığı böyük faciələr isə hər zaman müharibənin bu zavallı kütləsi üçün dərin bir travma olaraq qalacaq... Eynilə bizdə olduğu kimi ..
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
424 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 5 days
Rövşən Abdullaoğlu - "Relslər üzərinə uzanmış adam"
Həyat, yaşamaq, ümid, mübarizə.....ölüm.Düşünsək, hər birimiz bir məna verəcəyik bu mücərrəd məhfumlara.Bu dəfə isə sadəcə bir yazıçı qələmi bütün yanlış düşüncələrimi yenməyi bacarmışdı.Deməli, kitabı maraqlı və axıcı edən də müəllif savadı, yaradıcıllığıdı.Bütün bunları birləşdirərək özündə çox şeyi ehtiva edən ədəbiyyat incisi ərsəyə gətirmişdi
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
424 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 3 days
Spoiler ola bilər! Oxuduqca güldüm, ağladım, güldüm, ağladım. Bir kitab insanı həm ağladıb, həm güldürə bilirsə, oxumağa dəyər deməli.. İntihar etmək qərarına gələn iki gəncin birlikdə ölümü gözlədikləri anlarda dialoqları ilə başlayıb, müxtəlif hadisələrlə davam edən " ləzzətli" kitab. " ŞULUTRUQ " tayfasının sirrini açmaq üçün kitabı oxumağın zövqü bir başqadır. Niyə məhz intihar üsulu olaraq relslər seçilib?! Maraqlı sualdır. Əsərdə bir başqa mövzu isə müharibə və onun yaratdığı fəsadlardır. Hər qəlbə toxuna biləcək, su kimi axıcı dəsti xətti ilə Rövşən Abdullaoğlu qələmi. Oxumağa dəyər, hətta, mütləq oxunmalıdır! Daha çox yazardım, kitabı incələmədən oxumağınızı istəmirəm))
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
424 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 4 days
Rövşən Abdullaoğlunun oxuduğum ilk kitabıdır.Həmçinin yaxşıki oxumuşam dediyim kitablardan biridir.Kitabın hər cümləsi insana təsir edir.Özəlliklə Əmin xarakterinin möhtəşəmliyi...Və ən əsası kitab oxuyucuya müharibələrin bir insan həyatına necə toxunduğunu,onu necə məhv etdiyini ciddi mənada başa salır.Oxuyun, oxutdurun.)
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
Reklam
424 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 8 days
Reslər üzərində birləşən iki insanın hekayəsi… Kitab moderin dünyamızın qarmaqarışlığı və insanın daxili aləmindəki münaqişələrdən bəhs edir. İnsan təbiəti, mənsubiyət axtarışı, keçmişlə üz-üzə gəlmək, ölüm, həyat, azadlıq kimi mövzular həqiqətən çox incə şəkildə düşünülüb və vurğulanıb Adriana,Əmin (mənim ən sevdiyim obraz oldu), Ted və Faruq bütün bu personajlar, onların həyat hekayələri, bir biriləri ilə olan münasibətlər insanı emosianal bir burulğana çəkir. Xüsusilə müharibələrdən bəhs edən hisəsində keçirmədiyim hiss qalmadı. Sözün əsl mənasında insan özünü real şəkildə orada hiss edir. O insanların çəkdiyi acıları, nifrəti elə qəlbində hiss edir. Mənə görə kitabın ən güclü tərəfi orda istifadə olunan lətifələr, münasibətlər, dialoqların dərin fəlsəfi anlayışlarla qarışdırlması idi. Əlavə olaraq yazıçının istifadə etdiyi dil sadə və çoxxx təsir edici idi: bəzən lirik bəzən kəskin və diqqət çəkən üslubdan istifadə edir Yəni bir sözləə çox gözəl bir roman idi. Dərin məzmunlu, fəlsəfi temalı əsərlər oxumağı sevənlərə şiddətlə tövsiyyə edirəm. :) Xoşş oxumalar.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
424 syf.
10/10 puan verdi
Hardan başlayım, nə yazım bilmirəm. Yazarın ilk dəfə "bu şəhərdə kimsə yoxdur" romanını oxumuşdum və çox təsirlənmişdim. Ona görə "relslər üzərinə uzanmış adam" romanının da maraqlı və dərin olacağına əmin idim. Amma bu qədərini gözləmirdim doğrusu. Çox uzatmadan mövzuya keçim. Əsər iki düşmən edilmiş millətin üzvü olan gəncin acı taleyindən, onların gələcək faciələrindən, Srebrenitsa qətliyaməndan bəhs edir. Əsərin baş qəhrəmanlarından olan serb qızı Adriana serblərin Balkanlarda sıxışdırılması haqqında siyasi bir məqalə yazmaq üçün Mostar şəhərinə gəlir. Qatı millətçi ailədə böyümüş Adirana özü də istəmədən "düşmən" millətin nümayəndəsinə aşiq olur və həyatı bundan sonra köklü şəkildə dəyişir. Əsər bizə sevgini, fədakarlığı, müharibənin doğurduğu faciəni və hər şeyə rəğmən həyatın davam etdiyini göstərir. Kitabın bəzi hisslərini zövqlə, sevinclə oxuyarkən bəzi hissləri ürəyimi dağladı. Düşünürəm ki hər kəsin oxumalı olduğu kitablardandı
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
424 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 5 days
Relslər Üzərinə Uzanmış Adam. Əsər elə yazılıb ki, oxuduqca özümü əsərin içində hiss etdim, çox qəribə hisslər keçirdim, Əminin ağacın altına atılması, Adriananın başına gələnlər, atasının onu görməsi, özünü öldürməsi bütün hadisələr gözümün önündə canlandı və bu mənə çox qəribə hisslər yaşatdı, bəzi hissələri oxuduqdan sonra sadəcə "dəhşət" deyərək keçdim. Lakin reallığın, acı həqiqətlərini əks etdirən bu yazıları qınamaq bərədə düşünə bilmədim. Çünki bu reallıqdır. Real həyat insanların istədiyi həyatla heç də tarazlaşmır. Qəbul etməkdə çətinlik çəkdiyim bir şey var ki, bütün bunları, acı həqiqətləri, real olanları, dəhşəti, qəddarlığı Tanrı'nın görüb və buna göz yummasıdır. Sadəcə bir qatarın gəlişini gözləmək yüzlərlə səhifə yazının yazılmasına səbəb olacaq düşüncələri göz önündən keçirməyə bəs edirmiş. Müharibələr heç bir qanuna tabe olmur. Hissələr arasında əlaqə tapmağa çalışmağın isə məni kitabı oxuyarkən çox yordu. İmzalı kitab üçün müəllifə təşəkkür edirəm.
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
53 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.