Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Esselər,müsahibələr və internet statusları

Renessans Həsrəti

Azad Karadereli

Renessans Həsrəti Hakkında

Renessans Həsrəti konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
0/10
0 Kişi
Okunma
Beğeni
81
Görüntülenme

Hakkında

Hər bir yazıçının bədii yazıdan fərqli söz demək istəyi olur. Bu, təbiidir. Yazıçı potensial tənqidçi, ədəbiyyatşünas, yaxud ədəbiyyat tarixçisidir. Hətta bəzi yazıçıların fəlsəfəyə yönəlik məqalələr yazması faktı da var. Yazıçı Azad Qaradərəli zaman-zaman özünün esse, yaxud araşdırmaya olan tələbatını da ödəmək istəmiş, bu baxımdan çoxlu belə yazılar qələmə almışdır. Bu yazıların bir çoxu klassiklərin, eləcə də həmkarlarının əsərləri barədədir. Gənc qələm sahiblərinin yaradıcılığı da yazıçının diqqətində olmuş, onların yazdıqlarını təhlil və tənqid süzgəcindən keçirmişdir. Eyni zamanda, bəzi müəlliflərin kitablarına yazdığı ön sözlər, yaxud baş redaktoru olduğu “Yazı” dərgisində qələmə aldığı esse və təhlil yazılarını da bura aid etmək olar. Nəhayət, müəllifin verdiyi müsahibələr və yeni janrda qələmə aldığı (yeni olduğu qədər də çevik olan) internet statusları. Bütün bu kimi yazılardan əlinizdəki kitabın tərtibində istifadə olunmuşdur. Təbii ki, burada gedən yazılar A.Qaradərəlinin bu səpkili yazılarının hamısı deyil. Bəziləri nəzərdən qaçmış, bəzilərini isə qəzet və jurnal səhifələrində qaldığından elektron variantda olmadığı üçün kitaba düşməmişdir. Onu da qeyd edək ki, bu kitab müəllifin yaradıcılığında bir ilk deyil. O, vaxtilə elmi-publisistik motivli kitablar da yazıb çap etdirmişdir. “Aşiqlər”, “Zəngəzur qazisi Bəhlul Behcət”, “Yaxın-uzaq dostlara məktublar” və s. kitablarını misal göstərmək olar. Və sonda: kitabda müəllifin saytlarda Ayxan Murad imzasıyla getmiş yazıları da yer alıb.
Tahmini Okuma Süresi: 10 sa. 26 dk.Sayfa Sayısı: 368Yayınevi: Qanun Nəşriyyatı,2015
ISBN: 9789952269499Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

Azad Karadereli
Azad KaradereliYazar · 2 kitap
Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-ci ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də - radioda çalışıb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib. İlk nəsr kitabı 1987-ci ildə çap olunub. 2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur. Azad Qaradərəli ilk hekayələrindən bu yana insanın ən ağır durumda belə mənəvi gücünü itirməməsini, humanizmin, insani duyğuların aşınmaya məruz qalsa da, sonda dirçəlib ayaqda olmasını göstərməyə çalışmışdır. Dörd roman müəllifi olan A.Qaradərəli bu janrın imkanlarından istifadə edərək, daha da irəli getmiş, insanlığın anti-bəşəri meyillərə yenilmədiyini, bəşəriyyətin nicatının bir sıra mənəvi bağlardan asılı olduğunu obrazların dili ilə əks etdirmişdir. Müəllif müharibə qoxulu yazılarında da insanlığı hərbin üstünə getməyə, qeyri-insani əməllərdən çəkinməyə çağırır.