Dünyanın ən xoşbəxt və ən bədbəxt insanı idi Rəmiş. Niyə ən xoşbəxt və ən bədbəxt? Darıxmayın, indi açıqlayacam. Yazılarımda və televiziya müsahibələrimdə Rəmiş haqqında belə bir fikir söyləmişdim: “Rəmiş nə atadı, nə anadı, nə bacıdı, nə qardaşdı, nə vətəndaşdı, heç adam da deyil. Rəmiş başdan-ayağa ruhdu – yarı mələk, yarı şeytan. Bəzən şeytan mələyi üstələyir”. Bu da Rəmişin bərk xətrinə dəymişdi. Amma dedim ki, Rəmiş, mən sözümün üstündə qalıram