Vaxt tapdıqca ingilis dilində də kitab oxumağa çalışıram .Bu dəfə "Robin Hood " u oxudum .
Rubin Hud məşhur ingilis folklor qəhrəmanıdır . Rubin Hud Şervod meşəsində yaşayıb .
O yoxsullara ,köməksizlərə yardım edir. Qaçaq Nəbinin etdiyi kimi Rubin Hud da varlıları soyur və bunun vasitəsilə yoxsullara kömək edirdi .
Onun ətrafına bacarıqlı və cəsur ,eyni zamanda dostluqda möhkəm insanlar yığışır .Robin Hudun dəstəsinin böyüməsi və gördükləri işlər Notinqam şərifinin xoşuna gəlmir .
Kitabda Robin Hudun Balaca Con və digər dostları və silahdaşları ilə tanışlığı ,Robin Hudun şerifə qarşı mübarizəsi , Robin Hudun əsilzadə Maid Marianla evlənməsi və ölümü əksini tapıb .