Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şanapipik Haqqında Mahnı

Hamid Piriyev

Yorumlar ve İncelemeler

Tümünü Gör
74 syf.
7/10 puan verdi
Həmid Piriyev - Şanapipik haqqında mahnı... Qısa, ancaq maraqla oxunulacaq roman istəyirsizsə, mütləq bu miniatür romanı oxumalısınız. Ən azı ona görə ki, roman bizdən bəhs eləyir. Təhsilsiz, məqsədsiz, həyat amalı olmadan böyüyən və məhz bu səbəbdən də düşdükləri şəraitlərdən baş çıxarmadan yaşayan, həyatın bir yerində qırılıb məhv olan gəncliyimizdən... ALINTILAR Fikir vermişəm, həqiqi din üçün çalışanlar azdır. Çoxusu ad üçün əlləşir; filankəs məşədidir desinlər deyə. Mənimsə ən çox şanapipiklərdən xoşum gəlir. Şanapipikləri görən kimi baharın gəldiyini bilirəm. Uşaqları qorxutmaq öyrətməkdən daha asandır... (səh.10) Düzü, bu şeytan söhbətinə inanmasam da, ürəyimdə xal qalmışdı. Amma tezliklə başa düşdüm ki, şeytan bizim içimizdədir, onun ağacda-zadda nə azzarı var? (səh.10) ...Yenə həmin sarayaoxşayan sahibsiz evə baxdım. Haçansa pulum olsa elə bir ev tikdirəcəyəm. Amma yox, varlı olmaq istəmirəm. Pul çox adamları dəyişib. Həm də ki, pul bir çox bədbəxtliklərin başlanğıcıdır. Mən xoşbəxt adamam. Çünki heç vaxt pulum olmur... Yaxşı şeylər pis şeylərin əvəzidir, təsəllisidir. Bəs hər şeyi pis olanlar neyləsinlər. (səh.13)
Şanapipik Haqqında Mahnı
Şanapipik Haqqında MahnıHamid Piriyev · Alatoran Yayınları · 20163 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.