You can find Sancaqlı Kölgələr və Leyla Xuni books, Sancaqlı Kölgələr və Leyla Xuni quotes and quotes, Sancaqlı Kölgələr və Leyla Xuni authors, Sancaqlı Kölgələr və Leyla Xuni reviews and reviews on 1000Kitap.
Keçirildiyi yerin yolu mənə uzaq olduğu üçün çox güman iştirak edə bilməyəcəyim II Kitabqurdu Payız Oxu Marafonunun həyatıma qatdığı 8-ci kitab. 2 günə bitirdim və oxuyarkən kitabı yaşadım. Ən son Rövşən Abdullaoğlu-Abaddon kitabını oxuyarkən bu qədər həyəcanlanmışdım. Çox maraqlı kitabdır. Haqqında danışarkən istəmədən spoiler verəcəyimi bildiyim üçün bu qədəri kifayətdir). Mütləq şans verməlisiniz
İnsan gələcəyinimi daha çox düşünür, yoxsa keçmişinimi?
Bilmirəm miflərə inanırsınız ya yox, ancaq mən onlarîn abu-havasına qapılıram daim. Bir yerlərdə həqiqətən Simurqların uçduğunu,divlərin qızları əsir saxladığını,əjdahaların su qarşısını kəsdiyini düşünürəm.
Elə bu kitab da nə qədər qorxu romanıdırsa, bir o qədər mifik romandır. Arziman qarılar,insanları dəli edən ruhlar,sarı gözlü itlər də mifdir axı. Hələ ki,dünyanın ən sakit quşu hesab edilən bayquşlar. Görən kim verib onlara nəhs ləqəbini,hansı hadisədən sonra camaat uzaq qaçıb onlardan....
Nə qədər savadlı oluruqsa olaq,biz bu miflərlə böyümüşük qəlbimizin dərinliklərində bir yerdə həmişə onlara inanacaq,3 hərfilərdən çəkinəcəyik. Lap Ayxan kimi,Toğrul kimi....