Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əsarət (Esaret)

Rövşen Abdullaoğlu

Sözler ve Alıntılar

Tümünü Gör
Hər hansı bir mövzunu isbat va ya rədd edə bilmək üçün kifayət qədər biliyə sahib olmadan söz demək oxumadığın kitab haqqında özündən fikir bildirməyə bənzəyir.
Məlumat yetərsizliyi tarix boyu fərqli ideologiyaların yaranmasının ən başlca səbəblərindəndir. Ídeoloji məktəblərin, siyasi cərəyanların, mədəniyyətlərin bir-birini yersiz ittiham etmələrinin kökündə də bu səbəb durur. Tanrıya inandığını, yaxud inanmađığını deyən insanların belə, demək olar ki, əksəriyyətinin Yaradana, inanc məktəblərinə olan yanaşmalarına diqqət edəndə mövzu ilə əlaqədar kifayət qədər məlumatsız olduqlarını görürsən.
Reklam
Müharibə o qədər qəddar bir işdir ki, insanlara deyil, heyvanlara layiqdir.
Sayfa 102Kitabı okudu
Bir mövzunu bilmədiyini bilən insan ya bu elmsizliyini düzəltməyə çalışacaq, ya da o mövzuda kimsə nəsə danışanda öz məlumatsızlığını nəzərə alıb müdaxilə etməyəcək. Bilmədiyini bilməyən insana isə nəyisə sübut etmək, onun fikrinin əksini demək qeyri-mümkündür. Çünki o, bilmədiyi halda özünü alim sanır.
Sayfa 166Kitabı okudu
Alimlər həqiqətin daşıyıcıları deyil, sadəcə onu axtaranlardır. Mümkündür ki, bəzən həqiqətə çatsınlar, bəzən də çatmasınlar. Çox vaxt səhvən onları həqiqətin daşıyıcıları sanır, dedikləri hər sözü eynilə dindarların ilahi vəhyi qəbul etdiyi kimi qeydsiz-şərtsiz qəbul edirik.
Reklam
İnsan bütün hayatı boyu yalnız duyğu üzvləri ilə qavraya bildiyi şeylari qəbul etməyə alışıb.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.