Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Eserleri

Anar Rzayev

Seçilmiş Eserleri Gönderileri

Seçilmiş Eserleri kitaplarını, Seçilmiş Eserleri sözleri ve alıntılarını, Seçilmiş Eserleri yazarlarını, Seçilmiş Eserleri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
..gör bir nə qədər sadədir və gözəldir: "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın" gör necə sevərlərmiş bir vaxtlar, Zaurik, indi gör necə sevirlər. Məsələn, sən mən keçən küçələrə heç su səpərsənmi, toz olmasın deyə?
Sayfa 246Kitabı okudu
...bax əsil məhəbbət bu olardı - məişətin, gündəlik həyatın hər cür xırda-para qayğılarından, əzab-əziyyətlərindən, çirkindən, hisindən-pasından keçib, əvvəlki çılğınlıqda qalan məhəbbət doğruçu məhəbbətdir, yoxsa ki, elə-belə "quru-quru qurbanın olumun" nə qiyməti var?
Sayfa 243Kitabı okudu
Reklam
... ən dəhşətli tənhalıq - gecə tənhalığıdır.
Sayfa 241Kitabı okudu
Mən elə hesab edirəm ki, insanın öz daxili əxlaqı olmalıdır və əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına sadiqdirsə, bütün zahiri şeylərin heç bir ahamiyyəti yoxdur.
Sayfa 199 - Beşmərtəbəli evin altıncı mərtəbəsiKitabı okudu
Səssiz gedişlər isə daha pisdi...
Əlvida. Sağ ol. Hələlik". Vida sözlərinin heç bir fərqi yoxdur. "Hələlik" deyib ömürlük ayrılmaq olar. "Əlvida" deyib üç gündən, üç saatdan, on beş dəqiqədən sonra yenidən görüşmək olar...
Sayfa 160 - Beşmərtəbəli evin altıncı mərtəbəsiKitabı okudu
Axı heç bir tayyarə, heç bir gemi, heç bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və "səadət axtarmaq ifadəsi" o demək deyil ki, səadəti axtarıb tapmaq üçün düzə-dünyaya düşməlisən... Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən-belə...
Sayfa 150 - Beşmərtəbəli evin altıncı mərtəbəsiKitabı okudu
Reklam
Deyir bəzi adamlar otaqlarında pəncərələri, qapıları güzgülərlə əvəz eləyir, yəni hara baxır, özünü görür. Belə adamçün yalnız tək bir özü mövcuddur. Onun üçün nə pəncərədən görünən mənzərə var, nə də qapının dalındakı həyat. Ancaq güzgü. Ancaq özü. İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən dünyanı, həyatı seyr edirlər, seyrçidirlər. Pəncərədən gördükləri yaxşılıqları, pislikləri ancaq kənardan müşahidə edirlər. Və nəhayət, üçüncü qisim adamlar qapını açıb həyata, insanların yanına çıxanlardır. Pəncərədən gördüyü yaxşılıqlara qapıdan çıxıb qəhmər dururlar, pislik görəndə yenə qollarını çirməyib davaya girişirlər.
Sayfa 135Kitabı okudu
Elə tutuquşu kimi bir- iki söz əzbərləyib, üç- dörd kitab oxuyurlar, elə bilirlər dünyada bunlardan alim adam yoxdur.
Sayfa 124Kitabı okudu
Görəsən yuxuda ölənləri harada basdırırlar.
95 öğeden 51 ile 60 arasındakiler gösteriliyor.