Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Eserleri

Anar Rzayev

Seçilmiş Eserleri Gönderileri

Seçilmiş Eserleri kitaplarını, Seçilmiş Eserleri sözleri ve alıntılarını, Seçilmiş Eserleri yazarlarını, Seçilmiş Eserleri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Qədim bir əfsanəni xatırladı. Deyir, qoca bir səyyah gəlib qürbət ölkəyə çıxır. Qəbiristanlığa gedir. Görür qəbirlərin üstündə adamların yaşları yazılıb. Hamısı da bir yaş, iki yaş, çoxu beş yaş. Özü kimi pirano bir kişiyə rast gəlib soruşur ki, bəs bu nə olan işdir? Sizin camaat hamısı yəni körpə yaşında tələf olub? Qoca deyir ki, xeyir a, məsələ başqadır, məsələ ondadır ki, biz burda həmin bu adamların xoşbəxt yaşadıqları vaxtı yazmışıq. Qalan günlərini, illərini ömürdən saymırıq. Onda səyyah da deyir ki, bəs mənim də ömrümün axırına az qalıb, bu gün sabah öləcəm, vəsiyyət eləyirəm ki, məni də elə burda basdırın, qəbrimin üstündə də yazın ki, bəs bu adam elə anadan ölü doğulub.
Deməli, belə çıxır ki, adam əcəlin qurduğu tələlərdən bir-bir qaçıb qurtarır ki, bura, bu son mənzilə sağ-salamat gəlib çıxa bilsin. Yüz cür təsadüfi ölümdən qorunur ki, özünü axırda böyük ölümə yetirsin.
Reklam
...adam gərək iki dəfə doğulsun. Bir dəfə onu ata-anası dünyaya gətirir. İkinci dəfə o özü- özünü dünyaya gətirir, özü özünə dünyada bir yer qazanır.
..dünyada nə pis adam var, nə yaxşı adam. Ömür elə uzun çəkir ki, ancaq pis olmağa, ya ancaq yaxşı olmağa heç kəsin hövsələsi çatmır. Görürsən biri həyatı boyu gah yaxşı olur, gah pis...
...bax, saatı görürsən, saniyə əqrəbi necə tez qaçır. Gözünü zillə bax, gör heç saat əqrəbinin hərəkətini görə bilərsən? Amma gözünü çək, iki-üç saatdan sonra bax, görəcəksən ki, burdan bura gəlib. Adam da belədir. Uşaqlıqda tez-tez dəyişir. Saniyə əqrəbi kimi. Böyüyəndə isə yavaş-yavaş. Saatlar, günlər gedir, ömürdən gedir, gündə necə dəyişdiyini duymursan, ancaq hər dəqiqə, hər saat dəyişirsən.
Reklam
416 syf.
9/10 puan verdi
Anar - Seçilmiş əsərləri Hər birinizə salam. Anarın yaradıcılığına ilk dəfə müraciət etdim. Seçilmiş əsərləri kitabı, bir povest "Ağ liman" bir roman "beşmərtəbəli binanın altıncı mərtəbəsi" və utopik və antiutopik janrların birləşməsi əsasında yazılan "ağ qoç və qara qoç" əsərlərindən ibarət idi. Kitaba ilk
Seçilmiş Eserleri
Seçilmiş EserleriAnar Rzayev · Lider Nəşriyyatı · 200424 okunma
Nə gözəlsən, ey həyat, cavan, güclü, sağlam olmaq nə gözəl şeymiş...Həm də sərbəst, azad olmaq, istədiyin kimi hərəkət eləmək, heç kəsdən asılı olmayasan, əksinə, səndən asılı olsunlar. Həm də bütün ömrün irəlidə olsun...
Sayfa 290Kitabı okudu
Bir neçə xoşbəxt dəqiqələrin qorxusunu, nigarançılığını saatlarla, günlərlə, həftələrlə, aylarla çəkməkdənsə tamam səadətsiz-filansız yaşamaq yaxşıdır.
Sayfa 284Kitabı okudu
95 öğeden 61 ile 70 arasındakiler gösteriliyor.