Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Eserleri

Anar Rzayev

Seçilmiş Eserleri Gönderileri

Seçilmiş Eserleri kitaplarını, Seçilmiş Eserleri sözleri ve alıntılarını, Seçilmiş Eserleri yazarlarını, Seçilmiş Eserleri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
...hər şeydə bir məna olsaydı, həyatın bir mənası olmazdı.
Aman Allah, kişilər lap uşaq kimidirlər e...Xırda bir arzunuzu yerinə yetirən kimi ağzınız gedir qulağınızın dibinə. Madam ki, hər xırda istəyinizə əməl edirik, elə bilirsiz ki, day sizin yolunuzda sino gedirik.
Sayfa 241Kitabı okudu
Reklam
...insana ən ağır yaraları məhz ən yaxın adamlar vura bilirlər.
Sayfa 235Kitabı okudu
Yalnız tək bir səni sevirəm...Bilirəm mənim deyilsən.
Sayfa 232Kitabı okudu
Ayrı bir həqiqət arama bizim münasibətlərimizdə...Bir yerdə olduğumuz dəqiqələrin xoşbəxtliyi ilə yaşa...Budur əsil həqiqət...
Sayfa 192Kitabı okudu
Onunçün heç bir qanun-kitab yazılmayıb, - kefi necə istəyir, elə də yaşayır. Dünya-aləm vecinə deyil...
Sayfa 171Kitabı okudu
Reklam
-Gündə səni görmək mənim üçün çətin olardı. -Məni görmək yəni belə məşəqqətdir səninçün? -Eşitməmisən, aşıq deyib: nə gözlərim səni görsün, nə könlüm qubar eyləsin. Hər gün səni görəcəydim, fikirləşəcəydim ki, daha mənimki deyilsən.
Sayfa 153Kitabı okudu
Qəhərlənirdim ki, bu qadın-indi mənə tamamilə yad olan bu qadın, Diorun geyimləri ilə bəzənmiş bu qranddama, mənim baş tutmamış ilk sevdam- uzaq və unudulmuş ilk rəfiqəm o axşamı, 29 aprel axşamını illərin, ölkələrin, yad üzlərin, yad sözlərin içindən keçirib saxlamışdır.
Gürcü familiyası
...sən kirpiklərini qaldıranda elə bil bəşəriyyət tarixində yeni bir səhifə açılır...
Sayfa 148Kitabı okudu
Gözünü zillə bax, gör heç saat əqrəbinin hərəkətini görə bilərsən? Amma gözünü çək, iki-üç saatdan sonra bax, görəcəksən ki, buradan bura gəlib. Adam da belədir. Uşaqlıqda tez-tez dəyişir. Saniyə əqrəbi kimi. Böyüyəndə isə yavaş-yavaş. Saatlar, günlər gedir, ömürdən gedir, gündə necə dəyişdiyini duymursan, ancaq hər dəqiqə, hər saat dəyişirsən. İki-üç ildən sonra birdən baxırsan özünü tanımırsan.
95 öğeden 71 ile 80 arasındakiler gösteriliyor.