Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Eserleri

Neriman Nerimanov

Sözler ve Alıntılar

Tümünü Gör
Rus şairlərindən biri deyir:"Həyat axmaq bir zarafatdır"...
Reklam
Nadanlıq
Heyif, çox heyif ki, bizim millət peyğəmbər buyurduğuna da əməl etməyir! Belə millətin axırı puç olmazmı? İnsan ki, oxumağa və elmə düşmən olsa, onun gələcəyi nə olmalıdır?
Nadanlıq
Mənə vicdanım buyurur, gərək düz yoldan azmış adamı düz yola gətirim...
Zavallıya gözü açılandan, beyni işləyəndən indiyədək bu nazik mətləbi düşündürən olmamışdı. Eşitmişdi ki, peyğəmbər, imam gəlib, gediblər. Fəqət bunları kim və nədən ötrü göndərmişdi, bu məsələ Məşədi Allahverən üçün qaranlıq qalmışdı... Gördüyü, eşitdiyi axund, molla... Bunlar da zavallını Allahından kənar salmışdılar: filan şeyi etsən Allah səni yandırar, filan əməl səndən üz verərsə, o dünyada Allah sənə filan əziyyət edər, daha nə... nə... Daha düşünmürdülər ki, qorxutduqca yazıq Məşədi Allahverən öz Allahından kənar olurdu, rabitə pozulurdu... Məşədi qorxudan savayı bir şey bilmirdi, saldatdan, qarodovoydan qorxu çəkirdi, insan törətdiyi qanunlardan qorxu çəkirdi.Allah göndərdiyi qanunlardan qorxaraq, daha düşünmürdü ki, qorxu məbuda yavuqlaşdırmaz, uzaq salar... Nə olardı ki, buna deyəydilər Allah adildir, hamıya bir gözlə baxır, Allah mehribandır - hamını sevər, bəslər... Xeyr. Məşədi Allahverənə Allahını oruc-namazla tanıtmışdılar. Fəqət deməmişdilər ki, Allahı tanımasan namaz-orucun da heç. Əvvəl desə idilər çalış,  Allahın sifətlərini bil, adil, mehriban ol, hamını sev, o vaxt Allahına yavuqlaşarsan, yavuqlaşıb da ona məhəbbət bağlarsan, bu məhəbbət səni namaz qılmağa, oruc tutmağa, qeyri yaxşı əməllər etməyə də vadar edər. Düşünmədilər ki, qanunla, qorxu ilə dürlü-dürlü "vədlər"lə həqiqi məhəbbət meydana gəlməz...
Məsələn, bu günlərdə "bir para cavanlar" bağda bir böyük ittihad və ittifaq edib gələnin-gedənin üst-başına, ağzına,burnuna, bığına, saqqalına baxırmışlar... Axırda ittifaqlarını göstərmək üçün oxumuş müsəlmanlardan birinə götürüb bu məzmunda bir kağız yazırlar: "Filan, təvəqqe ediriz, saqqalınızı erməni saqqalına oxşatmayasınız". Ha, ha, ha!! Gülürsünüz! Əfəndim, gülməyiniz əfəndim! Doğru sözümdür, yoxsa inanmayırsınız, kağızı alan mənim üstümə gəlmişdi, şikayət edirdi. Deyir, görürsünüzmü, bizim "bir para cavanlar" nə ilə məşğul olurlar. Bundan sonra gəl "bunlar" üçün işlə, qanını xarab et...
Reklam
İt hürər, karvan keçər)
"Bir gün iki yoldaş yol ilə keçirdilər və öz işləri haqqında söhbət edirlər. Birdən dərvazanın altından bir böyük it "öö", "öö" edib bunlara hürdü. Bunun səsinə bir neçə it hürməyə başladı. Bir az keçmişdi əlliyə qədər it cəm oldu. Yoldaşların biri istədi bir daş götürüb bunlara atsın. O biri yoldaşı buna mane olub dedi: "Qardaşım dur, dur, sən səhvdəsən, bir daşla son itlərin səsini kəsmiyəcəksən, bəlkə daha ziyadə hirslənib hürməyinə bais olacaqsan. Yaxşısı budur ki, öz yolumuz ilə gedək. Mən bunların xasiyyətinə yaxşı bələdəm". Həqiqət, bunlar on addım qədər irəli keçəndən sonra itlər yavaş-yavaş səslərini kəsdi. Bir azdan sonra səsləri heç çıxmadı". Bu hekayədən sonra cənab Krilov qissədən hissə nə olduğunu söyləyir: ürəkləri büğz və fəsadla dolu olan həsud adamlar hər nəyi görsələr mütləq ona irad tutub hürmək istərlər. Sən isə öz yolunla get, bunları "öö... öö"-sünə qulaq vermə. Hürərlər, hürərlər, axırda səslərini kəsərlər.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.