Görkəmli dramaturq Sabit Rəhmanın ikicildliyinin birinci cildinə "Toy","Xoşbəxtlər", "Aşnalar" və "Nişanlı qız" pyesləri daxil edilmişdir. Bu səhnə əsərlərində cəmiyyətə yabançı olan hər cür tiplər və naqisliklər gülüş hədəfinə çevrilərək kəskin sarkazm yolu ilə tənqid atəşinə tutulmuşdur.