Desəm dünya qədər sevirəm səni, inanma,
Desəm səma qədər sevirəm səni, inanma.
Desəm sellər qədər sevirəm səni, inanma
Desəm güllər qədər sevirəm səni, inanma.
Bəzən dil yanılar, dil çaşa bilər,
Ürəkdən sorğusuz danışa bilər.
Gəlməz nə hesaba, nə saya sevgim,
Sığışmaz bu geniş dünyaya sevgim.
Dünyaya sığmayan bu sevgim ki, var
Mənim ürəyimdə yaşayar, qalar.
Ürəyimdə çatar əbədiyyətə,
İnan bu sevgiyə, bu məhəbbətə...