Seçilmiş Əsərləri

Mədinə Gülgün

Sözler ve Alıntılar

Tümünü Gör
MƏN TƏNHA DEYİLƏM
Çox zaman deyirlər tənha qalma sən, Tənhalıq kövrəldir insanı bəzən. Tənhalıq yaraşmır çinara belə, Tənhalıq yaraşmır çiçəyə, gülə... Tək qalan dağın da dərdi dağ olar, Tək qalan bulağın gözləri dolar. Yaş tökər gözündən hey gilə-gilə, Tənhalıq dərdindən o gələr dilə. Siz ey yollarıma hey baxanlarım, Siz ey mənim üçün darıxanlarım, Heç zaman mən
Sayfa 31 - Şərq-QərbKitabı okudu
Desəm dünya qədər...
Desəm dünya qədər sevirəm səni, inanma, Desəm səma qədər sevirəm səni, inanma. Desəm sellər qədər sevirəm səni, inanma Desəm güllər qədər sevirəm səni, inanma. Bəzən dil yanılar, dil çaşa bilər, Ürəkdən sorğusuz danışa bilər. Gəlməz nə hesaba, nə saya sevgim, Sığışmaz bu geniş dünyaya sevgim. Dünyaya sığmayan bu sevgim ki, var Mənim ürəyimdə yaşayar, qalar. Ürəyimdə çatar əbədiyyətə, İnan bu sevgiyə, bu məhəbbətə...
Sayfa 163 - Şərq-QərbKitabı okudu
Reklam
Bu dünyada...
Biz görüşdük, uçdu çən də, duman da, Gözlərimdə dünya güldü bir anda. Fəqət yenə, yenə bildim mən onda Bu dünyada həm yaxınıq, həm uzaq. Çiçəklərdən çələng hördüm səninçin, O çələngi mən gətirdim səninçin. Əfsus olsun bilmədim ki, biz neçin Bu dünyada həm yaxınıq, həm uzaq. O gün bizdən bəxtəvəri kimdi, kim? Tale bizə sevinc verdi bir
Sayfa 100 - Şərq-QərbKitabı okudu
Yuxuma Gəlsəydin
Yuxuma gəlsəydin əgər bir axşam, Deyərdim qoy yuxum olsun əbədi. Səni çox gəzmişəm, çox axtarmışam, Barı itirməyim bu səadəti. Yuxuma gəlsəydin əgər bir axşam, Mən çəpər edərdim kirpiklərimi. Qoymazdım yuxumdan kənara səni, Qoymazdım yuxuma daha heç kimi. Yuxuma gəlsəydin əgər bir axşam, Könlümdə olanı deyərdim bir-bir. Deyərdim həsrətdən naxışlı ömrüm Həsrətlər içində əriyib, gedir. Yuxuma gəlsəydin əgər bir axşam, Hərəsən yuxuma dinclik qonardı, Səsini, sözünü dinlədikcə mən, Yuxumda çıraqlar, şamlar yanardı. Aşkarda görüşdük səninlə ancaq, Fəqət ani oldu vüsalın sənin. Getdin, acı, şirin xatirələrlə Qaldı yaddaşımda xəyalın sənin...
Sayfa 135 - Şərq-QərbKitabı okudu
Gözəllik
Daş-qaşlda axtarma gözəlliyi sən, Gözəllik çəməndə, çiçəkdə olar. İnsanın ömründə məşələ dönən Bir halal zəhmətdə, əməkdə olar. Gözəllik bir şirin kəlamda, sözdə, Alışan ocaqda, qızaran közdə, Gözəllik qaranquş nəfəsli yazda,
Sayfa 189 - Şərq-QərbKitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.