Seçilmiş Əsərləri

Ömər Faiq Nemanzadə

Seçilmiş Əsərləri Quotes

You can find Seçilmiş Əsərləri quotes, Seçilmiş Əsərləri book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Ancaq mənim yazdıqlarımı "müqəllid" sözünün nə cür adamlara söylədiyimi, yazmaq demək istəyib də - zərurət və zaman müqtəzası ilə - açıq yaza bilməyib kinayə təriqi ilə söylədiyim mətləblərin bəsirət sahiblərinin nəzəri- diqqətlərinə həvalə edirəm.
Ədəbiyyatı olmayan bir millətin, dilsiz insanə oxşuyacağını söyləmək üçün dəlilə, təfsilə hacət yox sanırım. Bundan ötrü örnək, misal axtarmaq üçün də uzaqlara getməyək: iştə başda çərkəz, ləzgi... dilləri, sonra da bizim türkcəmiz.
Reklam
Heç ola bilərmi ki vaxtı ilə İbn Sinalar, Fərabilər, Cövhərilər, Uluğ bəylər, Cəlaləddin Rumilər, Əlişir Nəvailər, Füzulilər və qeyrilər kimi türk oğlu türk alimlər yetişdirən bir millətin işığı asanlıqla sönsün?
Sayfa 221Kitabı okudu
Əzizim, daha nə olacaq. Qafqazlıların bu sıxıntı halətində osmanlının, İranın belə müsibətli günlərində siz hələ boş din bəhsləri ilə vaxt keçirirsiniz. Belə bəhsləri özgə millətlər 300 il əvvəl eləyirdi. Halbuki, siz bu gün, o da fəlakətli günlərinizdə eləyirsiniz. Buna görə 300 il əvvəlki qəzetlər bizim üçün ətiqədir, elə də sizin bugünkü qəzetlərinizi oxuyursunuz, baxınız, bu təzə dediyiniz qəzetləri. Allah üçün deyiniz: bunların yazdıqları ilə 500 il əvvəlki adamların fikirləri, əqidələri və adətləri arasında nə fərq var?
Sayfa 181Kitabı okudu
Oxuyanları inadırıram ki, yaponların heroqlif yazıları belə, bizimkindən asan və müəyyən oxunur. Çünki heç olmazsa hər bir feilin, ismin, zamanın müəyyən bir şəkli var. Amma biz bədbəxtlər hansı işarə ilə məsələn, bir şəkildə yazılan "sirr"i "seyr"dən ayıra bilək.
Sayfa 179Kitabı okudu
İnsanlara bir tərəfdən rahatlıq, digər tərəfdən narahatlıq verən gecənin qaranlığı, pək çox dəhşətli vüquatları ağuşi-zülmətində bəsliyən bu siyah pərdə, bir çox müsibətlərə səbəbi-yeganə olan bu təbii zülmkar, alçaq insanları həmişə sayeyi-müavinətə alıb, icrayı-xəbasət və cinayətlərinə müsaidə edən, xanimansız fənalıqları doğan qaraüzlü, bu madərxof və heybət yavaş-yavaş, sanki yuxarı doğru qalxırdı, məkanına gedirdi.
Reklam
17 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.