Seçilmiş Əsərləri

Ömər Faiq Nemanzadə

About Seçilmiş Əsərləri

Seçilmiş Əsərləri subject, statistics, prices and more here.

About

Kitabda görkəmli mollanəsrəddinçi, istedadlı publisist, jurnalist və ictimai xadim olan Ömər Faiq Nemanzadənin məqalə və felyetonları, xatirələri toplanmışdır. XX əsrin əvvəllərində Azərbaycan xalqının ictimai-siyasi mübarizəsini, mənəvi inkişafını, özünütanıma prosesini əks etdirən bu əsərlər, həmçinin dövrün ictimai mübarizəsinin bədii salnaməsini verən xatirələr xalqımızın yaxın keçmişi ilə tanış olmaq istəyən oxucular üçün maraqlı və əhəmiyyətlidir.
Estimated Reading Time: 9 hrs. 58 min.Page Number: 352Publication Date: 2006Publisher: Şərq-Qərb Nəşriyyatı
ISBN: 9789952340600Country: AzerbaijanLanguage: Azerice
Reklam

About the Author

Ömər Faiq Nemanzadə
Ömər Faiq NemanzadəYazar · 2 books
Ömər Faiq 1872-ci ilin 24 dekabrında Axaltsixe qəzasının Azğur kəndində kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməmiş və yenicə açılmış rus məktəbinə daxil olmuşdur. Atası onu Qori müəllimlər seminariyasına qoymaq istəyirdi, lakin dindar qadın olan anasının: "Mən oğlumu kafirlərin içərisinə buraxa bilmərəm" deyə etiraz etməsi buna mane olmuş və anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, "Fateh" məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Dar-üş Şəfəq" məktəbinə daxil olmuşdur. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra Sultan istibdadına qarşı gizli çalışan cahillərə (cavanlara) qoşulmuşdur. Ömər Faiq 1920-ci ildə Gəncə Zəraət (kənd təsərrüfatı) Texnikumunun direktoru işləmişdir. O, 1920-1921-ci illərdə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, bir az sonra "Yeni fikir" redaksiya heyətinin üzvü seçilmişdir. Sonra Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri təyin edilmişdir. İnqilab illərində Ömər Faiq dəfələrlə həbs edilmişdir. O 1923-cü ildə Azərbaycana gəlmiş və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlmişdir. O dövrdə dərsliklərin hazırlanmasına və onların çap edilməsinə yardım etmişdir. Nemanzadə 1937-ci ilin yayında Axalsıxda öz ata yurdunda dincələrkən iyulun 16-da rayon prokuroru Odabaşyanın sərəncamı ilə həbs olunmuş və 3 ay sonra oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki "Üçlüyün" qərarı ilə güllələnmişdir. Ailəsi Ömər Faiq Nemanzadənin üç qız və bir oğlan övladı olmuşdur. Oğlu Kamil və qızları Kamilə, Ədilə və Bəxtli. Qızlarının 3-ü də Azərbaycan Tibb İnstitutunda təhsil almışdır.