İngilis yazıçısı və publisisti Herbert Corc Uells 1866-cı ildə Böyük Britaniyanın Bromli şəhərində dünyaya gəlmişdir. O, ali təhsilini London Universitetinin Kral kollecində almışdır.Jurnalistika ilə məşgul olan Herbert Uells bir sıra əsərlər yazmışdır. 1895-ci ildə ilk əsəri - "Zaman maşını" çap edilmiş, daha sonralar "Dünyalar döyüşü", "Yatmış ayılanda" və "Səmada müharibə" adlı fantastik romanları dərc olunmuşdur. Onun qələmə aldığı "Görünməz adam" əsəri dünya elmi-fantastik ədəbiyyatının şah əsəri sayılır.Uells yaradıcılığı boyu 40-a yaxın roman və çoxlu sayda hekayə,fəlsəfi esselərin, Fabian cəmiyyəti haqqında 30 broşür və cəmiyyətin qurulmasına həsr olunmuş siyasi və sosial proqnozlar verən 30 cildik külliyatın, həmçinin uşaqlar üçün 3 kitabın da müəllifidir. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuşdur. Herbert Uells 1946-cı ildə Londonda vəfat etmişdir.